Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
8957
az

17 yanvarda uşaqları bağçaya aparmamaq tövsiyyə olunub - Hava xəbərdarlığı

09:0316 Yanvar, 2019
600
CƏMİYYƏT
  • A
 Bakı Şəhər Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsi yanvarın 17-də hava şəraitinin kəskin pisləşəcəyi ilə əlaqədar Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) tabeliyində olan uşaq bağçalarına xəbərdarlıq edilib.

Oxu24.com  xəbər verir ki, bu barədə İdarənin BŞİH-in tabeliyində olan məktəbəqədər təhsil müəssisələrinin (körpələr evləri, körpələr evi-uşaq bağçaları, uşaq bağçaları) rəhbərliyinə ünvanladığı telefonoqramda bildirilir.

Telefonoqramda havanın temperaturunun 10 dərəcə aşağı düşəcəyi və güclü küləyin əsəcəyi proqnozlaşdırılan 17 yanvar tarixində uşaqların bağçalara gətirilməməsi tövsiyə olunub:

“Yanvarın 17-də hava şəraitinin kəskin dəyişəcəyi, şimal-qərb küləyinin 20-25 m/s, arabir 30-35 m/s, yarımadanın bəzi yerlərində arabir 40 m/s-dək şiddətlənəcəyi gözlənilir. Havanın temperaturunun ötən günlə müqayisədə 10 dərəcə aşağı enərək 2 dərəcəyə yaxın isti olacağı gözlənilir. Yağıntının sulu qara, qara keçəcəyi, 17-dən 18-nə keçən gecə şəhərətrafı ərazilərin buz bağlama ehtimalı var. Qeyd olunanlarla əlaqədar olaraq uşaqların təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə həmin tarixdə onların bağçaya gətirilməsi tövsiyə olunmur”.
Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Bu müəllimlər işdən çıxarılacaq? - Rəsmi AÇIQLAMA
Qadınlar, duş alarkən bunu qətiyyən etməyin! - Ginekoloq açıqladı
Yevlax sakinini ilan sancdı

Çinin şimalında 6000 illik yaşayış yeri tapılıb

18+

18+ Toy gecəsinin səhəri gəlini həkimə gətirdilər- Qızlıq pərdəsi müəmması - VİDEO
Bakıda marketdə baş vermiş qətlin dəhşətli VİDEOSU YAYILDI
Gəncədə törədilən erməni terrorundan varlanmaq istəyənlər kimlərdir?— Sakinlərin kirayə pulları verilmir
Tez-tez sidiyə getmə - Bu təhlükədən xəbər verir
Bakıda küçədə 2 “bomj” öldü