Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
8936
az

Hava KƏSKİN DƏYİŞİR: temperatur 10 dərəcə enəcək, Bakıya İLK QAR YAĞACAQ

13:1815 Yanvar, 2019
831
  • A
 
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidreometeorologiya Departamenti yaxın günlərdə müşahidə ediləcək xüsusi təhlükəli hidreometeroloji hadisə ilə bağlı xəbərdarlıq edib.

Bu barədə  Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamenti Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova məlumat verib.

Onun sözlərinə görə, yanvarın 16-da paytaxtda və bölgələrdə mülayim, yağmursuz hava şəraiti müşahidə ediləcək. Cənub-qərb küləyi arabir güclənəcək.

“Lakin yanvarın 16-dan 17-nə keçən gecədən başalayaraq 18-i gündüzədək ölkə ərazisində hava şəraiti kəskin dəyişəcək. Şiddətli şimal-qərb küləyi əsəcək. Küləyin maksimal sürətinin 28-33 m/san, arabir 35-38 metr/saniyəyə çatacağı gpzlənilir”.

G.Məmmədova bildirib ki, ötən günlə müqayisədə havanın temperaturu 10 dərəcə enəcək:

“Respublikanın rayonlarında yağıntılı hava şəraiti müşahidə ediləcək. Sulu qar, qar yağacaq, bəzi yerlərdə intensiv və güclü olacaq. Yanvarın 17-dən 18-nə keçən gecə respublikanın rayonlarında yolların buz bağlama ehtimalı var. Bakıda və Abşeron yarımadasında yanvarın 17-də yağıntının sulu qara və qara keçəcəyi ehtimal edilir. Havanın temperature 0-2 dərəcə isti olacaq”. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Həkim uşaqların soyuqdəyməsindən danışdı: "Əslində, soyuq hava xəstələndirmir"
Qəhvə beyinə necə təsir edir? - Maraqlı araşdırma
Bələdiyyə seçkiləri ilə bağlı MSK-ya daxil olan şikayətlərə baxılıb

Hindistanın iki“dəli”yoqu

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
Futbolçu oyunda vuruldu - VİDEO
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Süd içəndə niyə yatırıq? - Sirri bu imiş
Qanunsuz saxlanılan silahlar polisə   təhvil    verildi