Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
8893
az

Günün qoroskopu: İfrata varmayın 14 Yanvar 2019

00:0514 Yanvar, 2019
925
CƏMİYYƏT
  • A
Qoç - istiqaməti və kursu dəqiq bəlli olmayan gündür. Mürəkkəb işlərə başlayaraq ağır vəziyyətə düşməyin. Amma yüngül işlər də sizi məcradan çıxara bilər.
Təhlükəsizlik və komfort zonasını seçərək ifrata varmayın. İşgüzar münasibətləriniz və yaxın əlaqələrinizin olduğu insanlara qarşı sərt iddialarla çıxış etməyin. Yaxın ətrafınızdakı insanlar problemin mühüm həllinin gərgin axtarışında olduqları halda bu çətinliklər sizin karınıza gələ bilər. Rəqiblərlə ehtiyatlı olun. Yaşamınızı çətinləşdirən imkanlardan yararlanmağa çalışın.
Çoxdan bəri təxirə saldığınız işi bitirin. Gərgin və nigaran olmayın.
Şərtlər gözləntilərinizə uyğundur.
Buğa - sakit gündür. Önəmli, çox əhəmiyyətli heç nə baş verməyəcək zamandır. Rezonanslara aludə olmayın. Yeni birgə layihənin və əməkdaşlığın hələlik zəf konturları yaranırsa, münasibətlərin dərinləşdirilməsi, yeni əlaqələrin yaradılması məsləhətdir.
Önəm verdiyiniz insanın maraqlarını nəzərə alın. Vaxtı çatanda bu qərarınızın cavab impulsunu hiss edəcəksiniz.
Planlar çox, işlər artıq dərəcədə, vaxt isə azdır.
Səhhətinizin qeydinə qalın, çox işləməyin.
Əlavə sifariş qəbul etməyin.
Sevdiyiniz insanın qayğısına qalın. Güzəştə getməyi bacarın.
Əkizlər - nəticələr gördüyünüz işin həcmindən və intensivliyindən asılıdır. Öhdəlikləri yerinə yetirin, vədləri unutmayın. Yarımçıq işlər qalıbsa, yeni layihəyə başlamağa tələsməyin. Sizə yaxın insanla danışın, problemli ünsürdə müəyyənliyə nail olun.
Təmaslarda spontanlıq təmayülləri artır.
Ötənlərdə gördüyünüz işlərdən birinə görə ödəniş və ya mükafat ola bilər. Günün ikinci yarısında əhvalınızı pozmağa çalışacaqlar.
Səbrli olun, qiyam qaldırmayın. Ev işləri sizi əsəbiləşdirməməlidir.
Ən pis təcrübədən də xeyir əldə etmək olar.
Xərçəng - təşəbbüskar olun, yeni işlərdə aktivlik nümayiş etdirin. Münasibətlər, onların nüansları və qapalı məqamları sizin üçün xüsusi əhəmiyyət kəsb etməyə başlayır. Yaxın ətrafınızdakı insanların sizin empatiyanız, müdrikliyiniz, səbrinizə ehtiyacı var.
Ünsiyyət çevrəsini məhdudlaşdırmaq və bütün diqqəti işə yönəltmək məsləhətdir. Ümumi maraqlarınız olan insanla yaxın perspektivləri müzakirə edin.
Təkliflər və yeni imkanlara diqqət yetirin. Münasibətlərdə etibarsızlıq yaranırsa, ən kiçik məsələ səbr kasasını dolduracaq son damlaya çevrilə bilər.
Şir - bir qədər ehtiatlı və sayıq davranın. Sizi iradənizə rəğmən avantüraya cəlb edə bilərlər. Uğursuz sərmayə, mənasız alış-veriş, çoxlu qüvvə və səy tələb edərək gizlənilən nəticəni verməyən iş riski var.
Abstrakt ideyalar sahəsində qalmayın. Məlumat arayın, internetdə monitorinq aparın. Gələcək fəaliyyətin mümkün variantlarını tərəfdaşlarla müzakirə edin.
Ailə üzvlərinin səhhətinin qayğısına qalın. Evdə faydalı iş görün. Qayda yaradarkən xeyli gərəkli əşyaların aşkarlanması, köhnə planların yada düşməsi mümkündür.
Günün ikinci yarısı romantik təmaslar üçün münasib zaman deyil.
Təcili, təxirəsalınmaz işlərdə ləngimələrə yol verməyin.
Sabahkı, maraqlı və daha yüngül günə hazırlaşın.
Ev işlərinin hamısını bu gün başa vurun.
Qız - maraqlarızın təminatı izafi xərclər tələb edə bilər. Ailə üzvləriniz xüsusi diqqət tələb edir.
Sevdiyiniz insana jest edin, onu sevindirin.
Ümid bağladığınız insandan cavab addımı çox gözləməli olacaqsınız.
Səxavətlə davrandığınız insan sizi pərişan edə bilərsiniz.
Sürətli dəyişikliklərə və bəzi problemlərin qarışıq izharına rəğmən yeniliklərin optimal olub-olmadığını araşdırın. Qarışıq maliyyə sxemlərinə qatılmayın. İndiyədək birlikdə pis çalışmadığınız insanlarla əməkdaşlığı davam etdirin.
Çoxdan gözlədiyiniz xəbərləri axşam saatlarında ala bilərsiniz.
İnternetdə yeni təmaslar qurmaq, məlumat aramaq, çətin sualları təhlil etmək üçün əlverişli zamandır.
Tərəzi - alış-verişdə bədxərclik etməyin. Tamahınıza və istəklərinizə hakim olun. İndi baha qiymətə aldığınız əşyanı bir qədər sonra ucuz qiymətə ala bilərsiniz.
Mümkün qədər çox yeni məlumatlar əldə etməyə can atın. Təmas çevrənizi məhdudlaşdırın. Gün faydalı ola bilər. Ünsiyyətdə olacağınız insanları diqqətlə seçməyə çalışın.
Axşam saatlarında internetdə vaxt keçirə bilərsiniz.
Əqrəb - nəzərdə tutduğunuzdan artıq ünsiyyətdə olmaq məcburiyyətindəsiniz. Eyni vaxtda bir neçə istiqamətdə qarşılıqlı əlaqələrdə olun. Yaxın ətrafınızdakı insanların sizinlə bağlı gözləntiləri çoxdur. Onlar diqqətinizin yayınmamasını istəyirlər. Diqqətli olun, çox danışmayın. Gərəkli insanlara zəng edin.
Şəxsi maraqlarınızın təminatına da vaxt ayırmağı unutmayın.
Həddən artıq aktiv çalışmağa hazır olsanız da, görüləsi işlər çox deyil
Səy və qüvvənizi irəliləyişə yönəldin.
İntuisiyanıza fikir verin.
Oxatan - fəaliyyət tempini bir qədər azaldın, ətrafınızda baş verən hadisələri diqqətlə izləyin. Aktiv olun, bəzi şəxslərə öz şərtlərinizi diqtə edin. Kiməsə hamilik etmək cəhdləriniz narazılıq, sizdən yararlanmaq istəkləri yarada bilər. Etibar etdiyiniz adamlardan biri sizə xəyanət edə bilər.
Qəfil situasiyalarda intuisiya dadınıza çatacaq. Güc nümayişi və ya inadkarlıqla müqayisədə reaksiya daha önəmlidir.
İtkilər və müvəqqəti çətinliklərə rəğmən yeniliklər çox önəmlidir.
Oğlaq - günün potensialı az deyil. Rifahınıza və ya yaşamınıza təsir edə biləcək dəyişikliklərə fikir verin.
Ailənin yaşlı üzvlərinin maraqlarına diqqətlə yanaşın. Kimlərinsə sizi istismar etməsinə imkan verməyin.
Sizdən yararlanmaq istəyən insan üçün nə etsəniz də, az sayacaq.
Qıcıq, həyəcan və emosiyalar gərginliyin qeyri-konstruktiv izharına səbəb ola bilər. Düşünülməmiş addımlar atmayın, sərt danışmayın.
Şəxsi münasibətlərdə münaqişə riski var.
İşlə maraqlanın.
Dolça - bu gün sizi yoracaq. Yaxın ətrafınızdakı insanların sizinlə bağlı ciddi gözləntiləri və tələbləri var.
İşlərin bir hissəsini inandığınız insana həvalə edin.
Ünsiyyətlə baş qatmayın, çalışın. Yaşam arealında qayda yaradın. Layihənin və ya başladığınız işin təfərrüatlarını nizamlayanda səbrli olun.
Qohumlarınız və dostlarınızın yardım müraciətlərini qulaqardına vurmayın.
Səhhətinizə fikir verin.
Axşam saatlarının fərqli potensialı var.
Balıqlar - günlə bağlı planlarınız nə qədər böyük və geniş miqyaslıdırsa, uğursuzluğa düçar olmaq şansı bir o qədər çoxdur.
İfrata varmayın.
Aktiv, sürətli və radikal şəkildə çalışın. Emosiyalarınızı nəzarətdə saxlayın, enerjinizi boş söhbətlərə sərf etməyin. Səbrli olun. Prosesləri müşahidə edin, korporativ intriqalara qatılmayın. Təcili olaraq nə isə almaq istəsəniz də, xərcləri təxirə salın.
Günün ikinci yarısında şəxsi həyatınıza yetərincə vaxt ayırın.
Yaxınlarınızı, sevdiyiniz insanı sevindirin. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Günün ULDUZ FALI -Subayları romantik görüş gözləyir
Bu bürc böyük uğur qazana biləcək - yüksək gəlir əldə edəcəklər
2024-ün ən şanslı 3 bürcü açıqlandı

Mandarin ördəyi haqda maraqlı FAKTLAR

18+

Parkda təcavüz olunan qadın öldü
Tural Sadıqlı və Məhəmməd Mirzəli haqda sensassion faktlar(VİDEO)
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Ambulator dərman təminatına bu      tarixdə    başlanılacaq
Almaniyada dəhşətli terror: 11 ölü, 80 yaralı var -YENİLƏNDİ