Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
8855
az

Cavan yaşda ərini itirmiş qadın hisslərini necə qarşılamalıdır? - DİNİ CAVAB

16:4012 Yanvar, 2019
945
  • A
 
Sual:
Bir ana cavan yaşda yoldaşını itirib və  ailə qurmayıb bir oğlu var .Şəhvət hisslərin necə qarşılamalıdır.

Cavab:

Salam aleykum. Ərini itirmiş dul qadın ona evlilik təklif edən başqa bir kişiyə ərə gedə bilər, həmçinin xoşu gələn kişiyə özü evlilik təklif edə bilər və ya ona xəbər göndərə bilər. Ailə qurmaq üçün şəriətə müvafiq qaydada kəbin kəsilməlidir. Burada qadının vəlisinin (atası, qardaşı və s.) razılığı, iki etibarlı şahidin olması və qadına mehr verilməsi vacib şərtlərdəndir. Evli olmadığı müddətdə şəhvəti cilovlamağın yolu oruc tutmaq və gözü haramdan çəkməkdir. Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: "Ey cavanlar, kim evlənə bilirsə, evlənsin. Çünki evlənmək, gözü naməhrəmlərə baxmaqdan, ayıb yerlərini isə zinadan qoruyur. Kim evlənə bilmirsə, oruc tutsun. Həqiqətən, oruc tutmaq onun çarəsidir". (Səhih əl-Buxari, 5066). Həmçinin gözü haramdan çəkmək, ibadət, dua, zikri artırmaq, haramı yada salan vasitələrdən və yerlərdən mümkün qədər uzaq durmaq, zinanın zərərləri haqqında düşünmək, şeytandan Allaha sığınmaq, möminlərlə dostluq etmək s. səbəblərdən istifadə edərək, səbr edib mükafatını Allahdan diləmək lazımdır. Peyğəmbər (salləllahu aleyhi və səlləm) buyurub: "Kim iffətli (həyalı, namuslu) olmaq istəyərsə, Allah onu iffətli edər. Kim səbrli olmaq istəyərsə, Allah onu səbirli edər. Kim də zəngin olmaq istəyərsə, Allah onu zəngin edər. Heç kəsə səbrdən daha xeyirli və geniş bir pay verilməmişdir". (əl-Buxari, 1469, 6470; Muslim, 1053). Bütün bunlarla yanaşı Allaha çoxlu dua edin ki, sizə xeyirli həyat yoldaşı yetirsin, və duanızda davamlı olun. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Paytaxt ərazisində evlərin qiyməti nə qədər artıb? - VİDEO
Min dərdə dəva, sehirli içki: Şalqam suyu
Gözəllik salonlarında bunlar qadağan olunur

Titikaka gölü haqda maraqlı FAKTLAR

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
Ölüb-dirilən şəxsin danışdıqları şok etdi - VİDEO
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Onların da sertifikatı ləğv olundu- Foto
Əziz Əliyev küçəsində qaydaları belə pozdular- Foto