Qaynar xətt:

(+99450) 247 90 86

Azərbaycanda maraqlı hadisə: hamilə olduğunu 9-cu ayda öyrəndi, 1 gün sonra ana oldu

CƏMİYYƏT

794

11.01.2019, 22:59

\"\"  Azərbaycanda tibb sahəsində maraqlı hadisə baş verib. “Qafqazinfo”nun xəbərinə görə, Gəncə şəhər sakini, 1977-ci il təvəllüdlü Rəsulova Afət Ziyad qızı 23 il sonra ilk dəfə ana olub. Belə ki, mədə ağrısı şikayəti ilə həkimə müraciət edən qadın 9 aylıq hamilə olduğunu öyrənib. Bir gün sonra Gəncə Regional Perinatal Mərkəzdə həyata keçirilən qeysəriyyə əməliyyatı ilə qadının qız övladı dünyaya gəlib. Körpə 2 kq 900 qram çəkidə doğulub. Hazırda xəstəxanada olan ana ilə körpənin səhhəti yaxşıdır. Mərkəzdən məlumatı “Qafqazinfo”ya təsdiqləyiblər.