Qaynar xətt:

(+99450) 247 90 86

Bakı metrosunda nasazlıq, qatarlar gecikir

2019-01/1547049922_1024751308.jpg

CƏMİYYƏT

1189

09.01.2019, 20:07

\"\" Metroda qatarların hərəkətində problem yaranıb.
\"Bakı Metropoliteni\" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov Oxu24.com-a bildirib ki, hadisə bu gün saat 19.30 radələrində metronun \"Həzi Aslanov\" stansiyasında baş verib: \"Stansiyadakı yol ayrıcında texniki nasazlıq yaranıb. Nəticədə bütün xətt üzrə qatarları qəbul etmək mümkün olmayıb. Qatarların hərəkətində dayanma olmasa da, intervalda 5-7 dəqiqə gecikmə yaranıb. Hazırda problemin aradan qaldırılması ilə bağlı tədbirlər görülür\".