Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
8744
az

Bakıya nə vaxt qar yağacaq?

17:0509 Yanvar, 2019
688
  • A
 Bakıda və Abşeron yarımadasında qarın yağması, əsasən, yanvarın ikinci və ya üçüncü ongünlüyündə müşahidə edilir.

Bunu Oxu24.com-a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyininin Milli Hidrometeorologiya Departamentinin baş hidroloqu Asif Verdiyev deyib.

Onun sözlərinə görə, hazırda Azərbaycanda mülayim hava şəraiti hökm sürür:

“Bakıda və Abşeron yarımadasında havanın temperaturu iqlim normasından bir-iki dəfə yüksəkdir. Gecə saatlarında temperatur üç-dörd, yeddi-doqquz dərəcə təşkil edir ki, bu da yağıntının yağmasına şərait yaradır.

Qarın yağması üçün temperatur aşağı düşməlidir. Hələlik yaxın günlərdə Bakıda və Abşeron yarımadasında qarın yağacağı gözlənilmir”.

 Azərbaycanda qış necə keçəcək? - PROQNOZ
Asif Verdiyev bildirib ki, Bakıda və Abşeron yarımadasında qarın yağması, əsasən, yanvarın ikinci və ya üçüncü ongünlüyündə müşahidə edilir:

“Qar yağmasını son illərlə müqayisə etdikdə, 2010-cu ildən yanvarda Bakıda və Abşeron yarımadasında həmişə az da olsa, qar yağıb. Ümumiyyətlə, qeyd edim ki, Bakıda və Abşeron yarımadasında ən soyuq, qarlı hava 2008-ci ildə müşahidə edilib. Həmin dövrdə qarın hündürlüyü 44 santimetr, havanın minimal temperaturu isə 8-7 dərəcə təşkil edib”.

“Hazırda müşahidə olunan mülayim hava şəraiti əvvəllər də müşahidə olunub. Sadəcə olaraq, qarın yağması ikinci ongünlükdən sonra özünü büruzə verib. Hələlik Bakıda və Abşeron yarımadasında qarın yağması gözlənilmir. Belə proqnoz olarsa, əvvəlcədən məlumat veriləcək”.

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Həsən Əliyev adına Coğrafiya İnstitutunun elmi işlər üzrə direktor müavini Məhərrəm Həsənovun sözlərinə görə, bəzən mart ayında da Bakıda və Abşeron yarımadasında qar yağıb:

“Bu, çox az olub. Hazırda qar yağması ilə bağlı proqnoz vermək çətindir. Olsa da, yanvarın son ongünlüyündə qarın yağma ehtimalı var. Bu, hakim hava kütləsindən asılıdır. Əgər şimaldan gələn hava kütlələri Azərbaycana daxil olarsa, bizdə qar yağma ehtimalı daha çoxdur. İndi ölkəmizdə cənub və cənub-şərq, şimal-qərb hava kütlələri hakimdir. Hazırkı temperatur elədir ki, güclü qar yağma ehtimalı azdır”.

Direktor müavini qeyd edib ki, yağan qarın yerdə qalması üçün torpaq səthinin temperaturu aşağı olmalıdır:

“Bakı və Abşeron yarımadasında torpaq səthində və havanın temperaturu normadan 2-3  dərəcə yüksəkdir. Qar yağsa da, yerdə qalma ehtimalı sıfıra bərabərdir. Yanvarın axırı və fevralın əvvəlində qarın yağması müşahidə oluna bilər”. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Yatmazdan əvvəl hiss edilən diabetin üç əlaməti
Ləzzətli kartof püresi necə hazırlanır? – resept
Qırx yaşdan sonra bu vitamini mütləq qəbul edin

Hindistanın iki“dəli”yoqu

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
Futbolçu oyunda vuruldu - VİDEO
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Süd içəndə niyə yatırıq? - Sirri bu imiş
Qanunsuz saxlanılan silahlar polisə   təhvil    verildi