Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
8725
az

Pensiya alanlara nazirdən ŞAD XƏBƏR -VİDEO

09:5809 Yanvar, 2019
940
CƏMİYYƏT
  • A
 Pensiyaçılar gələn aydan pensiyalarını artımla alacaqlar.

Femida.az -ın məlumatına görə, bu barədə əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev məlumat verib.

Nazirin sözlərinə görə, bununla bağlı yekun qərar Dövlət Statistika Komitəsinin təqdim edəcəyi rəqəmlərdən sonra veriləcək.


Nazir bildirib ki, sosial müavinətlərin elektonlaşdırılması prosesi də davam edir. Bu il ərzində avtomatlaşdırılmış qaydada pensiya təyinatından 36 min nəfər yararlana biləcək. Yaxın vaxtlarda isə ölkədə sosial müavinətlər də elektron qaydada təyin olunacaq.


Azərbaycanda pensiya yaşı tamam olanlara SMS-lə məlumat göndərilməsi xidməti isə işə düşüb. Pensiya təyinatını SMS-lə öyrənən ilk vətəndaş isə Bakı şəhər Yasamal rayonu sakini Ramazan Şabanov olub. Hər hansı sənəd toplamayan və heç bir yerə müraciət etməyən Ramazan Şabanova bu barədə məlumat birbaşa SMS-lə göndərilib.

Nazır ilk DOST Mərkəzinin bu ilin ilk rübündə fəaliyyətə başlayacağını da deyib. Bununla bağlı artıq bəzi işlər yekunlaşdırılıb. Hazırda ilk DOST Mərkəzinin yerləşəcəyi binada təmir işləri yekunlaşma ərəfəsindədir.




Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Azərbaycana da çatdı: qapanmalar olacaq?
Əhalinin NƏZƏRİNƏ: Bəzi ərazilərdə İŞIQ OLMAYACAQ
Müdafiə naziri türkiyəli həmkarına başsağlığı verdi