Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
7319
az

Qadın və kişi arasında bilmədiyiniz ENERJİ QANUNU: cinsi münasibətdən xeyli əvvəl...

23:1122 Noyabr, 2018
1718
CƏMİYYƏT
  • A
Tantrik təliminə inansaq, qadın və kişi arasında energetik əlaqə cinsi münasibətlər baş verməzdən xeyli əvvəl başlayır. İki insan qarşılıqlı olaraq bir-birini bəyəndiyi zaman onların arasında çoxkanallı enerji mübadiləsi aktivləşir. Bu enerji yaradıcılıq potensialını göstərməyə, psixo-emosional balansı normallaşdırmağa və həyatın bütün aspektlərini yaxşılaşdırmağa imkan verir.

Oxu24.com bu yazıda oxucuları partnyorlar arasında enerji əlaqəsinin xüsusiyyətləri ilə tanış edib.

Bütün həyati proseslər enerji mübadiləsi ilə bağlıdır. Aldığımız müsbət və ya mənfi emosiyalar təbii enerji sahəsinə və aura vəziyyətinə təsir göstərir. Buddistlər əmindir ki, kişilər təbiətən enerjisini göydən alır, qadınlar isə əksinə yer enerjisi ilə qidalanır. Güclü cinsin nümayəndəsi öz ideya və fikirlərini həyata keçirə bilmək, eləcə də qüvvə toplamaq üçün qadın enerjisinə ehtiyac duyur. Qızlar isə əksinə energetika ötürülməsi yolu ilə emosional baxımdan təmin olunur və gəncliyin ömrünü uzadırlar. Bu prosesdə özünəməxsus tarazlıq qurulduqdan sonra hər iki tərəf həyatının bütün aspektlərini yaxşılaşdırmağa doğru gedir, çünki enerji bütün kanallara düzgün istiqamətdə ötürülür, o cümlədən qəlbə kainatın "bankı" ilə birbaşa əlaqə yaratmağa imkan verir.

Qadın kişi arasında enerji mübadiləsi qanunu Gender bərabərliyi qanunu nə qədər geniş yayılmasına baxmayaraq, ezoterik aksiomalar dəyişə bilməz. Qədim zamanlardan etibarən insanlar hesab edirdilər ki, qadın ötürən, kişi isə xanımının xoşbəxtliyi üçün enerjini qəbul edən tərəfdir. İki insan arasında romantik münasibətlər başlayanda, qadın kişiyə enerjinin aşağıdakı formalarını ötürür:

Fiziki: intim yaxınlıq və məişət qayğıları;

Əqli: müdrik məsləhətlər vermək, istənilən yüksəkliklərə çatmaq üçün qərarların qəbul edilməsinə yardım etmək və dəstək vermək.

Bu proses aktivləşən kimi kişi sakit və təmkinli olur. Qadın enerjisi ilə lazimi gücü toplayan və öz potensialını realizə edən kişi partnyorunu ruhlandırmaq üçün ondan aldığı enerjini geri qaytarmalıdır. Bu, hər hansı hədiyyə, fiziki yardım və ya xoş sözlər ola bilər. İzdivacın möhkəm olması və tərəflərin heç birinin özünü əzilmiş hiss etməməsi üçün belə enerji mübadiləsi daimi olmalıdır.

Enerji həmişə dövr edir, odur ki, o "heç bir yerə getmir və ya heç vaxt yox olmur”. İnsanlar bir-birinə simpatiya duyduqları zaman enerjiləri aktiv şəkildə mübadilə edir və bu proses onları qarşılıqlı şəkildə sevindirir. İki şəxsin təbii enerji mübadiləsi kanallarının yaranmasına və enerjinin birindən digərinə ötürülməsinə yol açır. Bu enerji axını özünəməxsus rəngləri və forması (bunu ekstrasens qabiliyyətlərə malik olan kəslər görə bilər) ilə seçilir.

Tərəflər ünsiyyət növündən asılı olaraq bu enerji kanalları və ya digər çakralar vasitəsilə bir-birinə bağlıdır. Muladxare (baza çakrası) - qohumluq münasibətləri;
Svadxistane (seksual çakra) – sevgili münasibətləri və ya ailəli cütlüklərin, yaxud dostların "yüngül"şəkildə vaxt keçirməsi;
Manipure (göbək çakrası) - qohumluq əlaqələri, işdə həmkarları arasında və ya rəhbərliklə münasibətlər, dostluq əlaqələri, rəqabət aparmaq məcburiyyətində qaldığımız insanlar;
Anaxate (ürək çakrası) - belə tip münasibət tərəflərin bir-biri ilə qarşılıqlı həssas əlaqəsindən xəbər verir. Onlar sevgi və sayğıyla yanaşdığımız insanlardır.
Vişudxe (Boğaz çakrası) - işdə həmkarlar və məsləkdaşlar arasında münasibətlər;
Ance (Alın çakrası) – bu kanal ilə əlaqə adətən öz kumirlərinin, müxtəlif təşkilatların və cərəyanların liderlərinin yamsılamasından danışır. Təlqinedici kanal yaxşı inkişaf edib, başqalarının fikir və ideyalarından ilham alır. İnsanlar bir-birinə telepatik əlaqə ilə bağlıdır;Saxasra (tac çakrası) – ünsiyyət sadəcə eqroqor (Eqreqor - yunancadan tərcümədə insanların fikir və təxəyyülləri sayəsində yaradılan müstəqil bir xəyali (dini) varlıq, mələk və s. deməkdir) səviyyəsində baş verir.

Cütlüklər bir-birinə qarşı olan marağı nə qədər çox göstərsələr, onlar arasında daha geniş enerji kanalı formalaşır. Güclü əlaqələrin qurulması ilə bütün enerji mərkəzləri arasında sıx əlaqələr mövcud olur. Üzərində nə vaxtın, nə də məsafələrin heç bir gücə malik olmadığı sevgi münasibətləri məhz belə formalaşır. Məsələn, bir ana uşağı harada olmasından, hətta onların son görüşündən uzun vaxt keçməsinə baxmayaraq, onu hər yerdə hiss edir.

Qadın və kişi arasında sağlam münasibətlər zamanı təmiz, parlaq və döyünən kanalların formalaşması baş verir. O zaman tərəflər bir-birinə etibar edirlər, onlar səmimidir, lakin öz şəxsi azadlığı və özlərinə xas həyat sahəsini qoruyub saxlayırlar. Belə olan halda, heç bir pozuntu olmadan bərabər enerji mübadiləsi haqqında danışmaq olar.

Əgər münasibətlər sağlam deyilsə, tərəflərdən biri digərindən asılı hala gəlir, onda kanallar tutulur və ağırlaşır. Belə münasibətlərdə azadlıq yoxdur, sevgi hissləri zamanla cütlükləri qıcıqlandırır, bir-birinə qarşı qəzəb və hiddət baş qaldırır. Tərəflərdən biri bütün nəzarəti öz əlinə almaq istədiyi zaman auranın hər yöndən zəhərlənməsi müşahidə olunur.

Münasibətlər bitən zaman da eyni hal nəzərə çarpır, kanallar getdikcə daha da zəifləyir. Uzun müddət sonra kanallarda enerji axını dayanır və insanlar yadlaşır, sanki onlar arasında heç nə baş verməyib, onları bir-birinə bağlayan heç nə olmayıb.

Ayrılıqdan sonra energetik kanallar qorunub saxlanıbsa, enerji insanları bir-birinə cəzb etməyə davam edir. Keçmiş sevgililərdən biri bütün enerji mübadiləsini kəsə bilər. Lakin digər tərəf onun enerji müdafiə qatından keçərək münasibəti yenidən qurmağa davam edir.

Cinsi münasibət zamanı insanlar arasında yaranan enerji əlaqəsi Əgər insanlar arasında yaxın münasibətlər baş veribsə, enerji kanalları ayrılıqdan sonra uzun müddət yox olmur. Xüsusilə intim yaxınlıq baş veribsə. Başqa bir insanla intim əlaqəyə daxil olarkən seksual çakrada yeni bir kanal meydana gəlir. Bu cür kanallar fəaliyyətlərini çox uzun müddət qoruyub saxlayırlar. Bu kanallar uzun illər, bəzən isə ömrümüzün sonuna qədər aktiv qala bilir.
Bu zaman cinsi münasibətdə olduğunuz insanı yetəri qədər tanıdığınız, onunla harada və ya necə tanış olduğunuzun heç bir əhəmiyyəti yoxdur, energetik kanal hər bir halda seksual çakrada formalaşır və öz fəallığını saxlayır. Əgər bir kanal varsa, enerji axını onun içində dolaşmağa davam edir. Bu enerjinin pozitiv və ya neqativ olduğunu hər iki tərəfi yaxşı tanımaqla müəyyən etmək olar.
Qadın və kişi arasında enerji kanalı barədə ən maraqlı faktlardan biri də odur ki, birlikdə yaşayan insanlar xarakterik olaraq enerji kanallarını bir-birinə görə nizamlayır. Harmonik intim əlaqələr üçün təbii enerji sahəsinin sinxroniziyası lazımdır. Məhz bu səbəbdən də cütlüklər uzun müddət birlikdə yaşadıqları zaman bir-birinə oxşamağa (hətta fiziki cəhətdən) başlayırlar.
Bir insan hər hansı şəxslə təmasa girmək istəmədikdə, bədəninin enerji konturunu bağlayır, nəticədə bütün ətrafımızdakılardan gələn enerji seli üzərimizdə əks olunur. Bu zaman başqa insanlara elə gəlir ki, onları heç kim eşitmir.
Yuxarıda qeyd edildiyi kimi, sevgililər arasında qarşılıqlı duyğuların olması nəticəsində tək bir energetik kanal yaranır. Əgər tərəfdaşlığın şərtləri yerinə yetirilsə, enerji mübadiləsi gələcəkdə də davam edir. Ər-arvad bir-birini dəstəkləməklə izdivacı enerji ilə doldurarsa, onların münasibətləri daha da möhkəm olacaq.Mühüm bir qeyd: tərəflərin hər biri öz təbiətinə əsasən hərəkət etməlidirlər: kişi kişi kimi, qadın isə qadın kimi. Məsələn, qadın özündə kişi enerjisini inkişaf etdirsə, getdikcə “kişiyə” çevrilir. Təkbaşına yaşasa belə bu, onun rifahına təsir göstərməyəcək.
Ümumiyyətlə, kişi maddi rifahdan məsuldur, qadın isə münasibətlərin ümumi vəziyyətinə görə məsuliyyət daşıyır. Odur ki, kişi maddi çakra vasitəsilə enerji verir, qadınsa bunu qəbul edir və o, öz növbəsində qarşı tərəfə ürək çakra vasitəsilə enerji ötürür.
Yekun olaraq qeyd edək ki, qadın və kişi münasibətləri arasında enerji kanalları təbiətən belə yaradılıb və ona qarşı çıxmaq bütövlükdə cütlüklərin münasibətlərinə mənfi istiqamətdə təsir edəcək. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Noyabrın 7-də saat 6-dan 18-ə kimi... - XƏBƏRDARLIQ
Bakıda narkotik əməliyyatı - Foto
Vəzifəli şəxs qəzada ölmüşdü - Ailəsi 1 milyon tələb edir

Yumurtanı belə yeməyin: Faydadan çox zərər verir

18+

Məmurun nazir arvadları ilə intim görüntüləri yayılıb
Rus ordusuna qarşı vuruşan erməni görün harada ələ keçirildi (VİDEO)
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Bədəni xərçəngdən qorumağın təbii ÜSULLARI
Narkotikin təsiri altında "Niva" sürən şəxs həbs edildi- VİDEO