Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
7317
az

 Nazirlər Kabinetində qaçqınlarla bağlı iclas...

20:0722 Noyabr, 2018
759
  • A
Nazirlər Kabinetində qaçqınların və məcburi köçkünlərin problemlərinin həllinə dair iclas keçirilib.

Oxu24.com xəbər verir ki, baş nazirin müavini Əli Əhmədovun sədrlik etdiyi iclasda müvafiq dövlət qurumlarının rəhbərləri və nümayəndələri müzakirələr aparıblar.

Baş nazirin müavini bildirib ki, Prezident İlham Əliyev bu kateqoriyadan olan vətəndaşlarımızla bağlı məsələni sosial siyasətin prioritet istiqamətlərindən biri kimi müəyyən edib. Dövlət başçısı tərəfindən verilən tapşırıqlar icra olunur, məcburi köçkünlərin problemlərinin həlli istiqamətində vacib addımlar atılır. Ə.Əhmədov paytaxt ərazisində yerləşən məcburi köçkünlərin məskunlaşdığı binaların qış aylarında daha çox nəzarətdə saxlanılmasının vacibliyini vurğulayıb.

Paytaxt ərazisində məcburi köçkünlərin məskunlaşdığı 204 binanın olduğunu qeyd edən Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev bu kateqoriyadan olan insanların qış fəslində kommunal problemlərlə üzləşməməsi üçün aidiyyəti qurumların da komitə ilə birgə işləməsinin vacibliyini bildirib. Sədr artıq bir neçə binaya baxış keçirdiklərini və bəzi binalardakı kommunikasiya xətlərinin yenilənməsinə ehtiyac olduğunu bildirib.

Qışa hazırlıqla bağlı tədbirlərin görülməsinin vacibliyini vurğulayan Baş nazirin müavini müvafiq strukturlara həmin binalarda elektrik və qaz xətlərində olan nasazlıqların aradan qaldırması istiqamətində görülən işlərlə bağlı tez bir zamanda Nazirlər Kabinetinə məlumat verilməsini tapşırıb. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Qarpızı xarab olmamaq üçün belə saxlayın
“İqlim dəyişikliyi sərhəd tanımır"
Azərbaycana gələn yüklərin qiyməti ARTA BİLƏR -VİDEO

90% kişilərin şəhadət barmağında görünən çapığın sirri -Ajiotajın səbəbi tapıldı

18+

Hadisənin 18+ görüntüləri yayıldı
Çimərliyə raket düşdü - DƏHŞƏTLİ VİDEO
Məktəb direktoru müəlliməyə qoyun dedi -  Müəllimin üstünə təcili yardım gəldi
Corabınızın içərisinə soda tökün və geyinin - Görün,hansı xəstəliyi müalicə edirmiş
Kralın atı qadını ölümcül etdi