Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
7288
az

​Prezident uşaqlarla bağlı qanun imzaladı

22:5321 Noyabr, 2018
933
CƏMİYYƏT
  • A
 Azərbaycan Prezidenti İlham Əliyev “Uşaqların zərərli informasiyadan qorunması haqqında” qanunu imzalayıb.
Oxu24.com oxu.az-a istinadən xəbərinə görə, qanunla uşaqlar arasında dövriyyəsi qadağan edilən informasiyanın növləri müəyyənləşib.
Qanun 2020-ci ilin yanvarın 1-də qüvvəyə minəcək.
Qanunun 4-cü (Uşaqlar üçün zərərli informasiyanın növləri) maddəsinə əsasən, uşaqlar üçün zərərli informasiyaya bunlar aiddir:
4.1.1. Bu Qanunun 4.2-ci maddəsinə uyğun olaraq uşaqlar arasında dövriyyəsi qadağan edilən informasiya,
4.1.2. Bu Qanunun 4.3-ci maddəsinə uyğun olaraq müəyyən yaş qrupuna aid olan uşaqlar arasında
dövriyyəsi məhdudlaşdırılan informasiya (dövriyyəsi məhdudlaşdırılmış yaş qrupuna münasibətdə).
4.2. Uşaqlar arasında dövriyyəsi qadağan edilən informasiyaya aiddir:
4.2.1. zorakılığı və qəddarlığı təbliğ edən informasiya,
4.2.2. cəmiyyət əleyhinə və hüquqazidd hərəkətləri, o cümlədən cinayətləri təbliğ edən informasiya;
4.2.3. uşaqların həyat və təhlükəsizliyinə potensial təhlükə yaradan əməlləri təbliğ edən informasiya,
4.2.4. ailə institutunu nüfuzdan salan informasiya,
4.2.5. əxlaqdan kənar leksik (söyüş) məzmunlu informasiya,
4.2.6. pornoqrafik xarakterli informasiya,
4.3. Müəyyən yaş qrupuna aid uşaqlar arasında yayılması məhdudlaşdırılan informasiyaya aiddir:
4.3.1. zorakılığı və qəddarlığı nümayiş edən informasiya,
4.3.2. qeyri-məişət leksik (jarqon) məzmunlu informasiya,
4.3.3. qorxu məzmunlu informasiya,
4.3.4. Erotik məzmunlu informasiya. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI


Kişilərin qadınlardan daha çox aldatdığı doğrudurmu? - SORĞU NƏTİCƏLƏRİ
"Cərrahın yanına getmərəm, nəyəmsə oyam" - VİDEO
Psixoloji test: Özünüzə hansı hədiyyəni verməli olduğunuzu söyləyəcək - FOTO

“WhatsApp”da yeni funksiya aktivləşir

18+

Şikayətə gedən qadın polis bölməsində zorlanıb
Zirəddindən sensassion açıqlama:"Rasim suda deyil,öldürülüb..."
Gəncənin küçələri bərbad vəziyyətdədir - SAKİNLƏR ŞİKAYƏT EDİR
Əl-ayaqda şişkinlik ürəkdən, yoxsa böyrəkdəndir?
Dələduzluğa görə axtarışda olan 17 nəfər tutuldu