Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
68053
az

Yaşananları unutduran, həyatı boz edən bəla - həkim yazır

21:1009 Aprel, 2022
375
CƏMİYYƏT
  • A

Keçici qlobal amneziya üçün heç bir müalicəsi yoxdur. Vəziyyət 24 saat ərzində öz-özünə düzəlir.

Keçici global amneziya (TGA) bir insanın qəfil yaddaş itkisi epizodu yaşadığı nadir bir tibbi vəziyyətdir. TGA epizodu zamanı insan epizoddan öncəki hadisələri (anteroqrad amneziya adlanan vəziyyət) və epizoddan sonrakı hadisələri (retroqrad amneziya)  xatırlamaqda çətinlik çəkir. TGA epizodları adətən bir neçə saatdan çox davam etmir. Nadir hallarda TGA 24 saata qədər davam edir.

TGA olan insanlar kim olduqlarını xatırlayırlar, həmçinin dostlarını və ailə üzvlərini xatırlaya bilərlər.Yemək bişirmək və ya maşın sürmək kimi mürəkkəb gündəlik işləri epizod müddətində davam edirlər. Onlar həmçinin dil və sosial ünsiyyət bacarıqlarını da saxlayırlar. Bununla belə TGA epizodu zamanı onlar harada olduqlarını, gün və ya saatı bilməyə bilirlər.

 

                                                        

Kimlərdə rast gəlinə bilər və nə dərəcədə yayılmışdır?

Adətən 50-70 yaş arası insanlarda olur. Təxminən hər 100 000 nəfərdən 3-10-da rast gəlinir.

Səbəbi nədir?

Keçici qlobal amneziynanın (TGA) dəqiq səbəbi məlum deyil. Bununla belə bəzi tədqiqatlar göstərir ki, TGA beyinə kifayət qədər qan axınının (işemiya adlanan vəziyyət) və ya oksigenin çatışmaması (hipoksiya adlanan vəziyyət) nəticəsində yaranır. Bəzi hallarda TGA beyində tutma baş verməsi ilə əlaqəli ola bilər.

Miqren baş ağrısı TGA inkişafı üçün bir risk faktoru kimi görünür. Həyəcan pozulması kimi psixoloji amillər də TGA ehtimalını artıra bilər.

Bəzi insanlar üçün TİA müəyyən stimullar və ya hadisələr nəticəsində baş verə bilər. Həmçinin:

Fiziki gərginlik
Emosional və ya psixoloji stress
Soyuq və ya isti suya qəfil dalma
 Baş travması
 Ağrı
Cinsi əlaqə
Valsalva manevrasını yerinə yetirmək. Bu bir şəxs tərəfindən tibbi testin bir hissəsi kimi və ya paroksizmal taxikardiyalarda ürək vurğularını yavaşlatmaq məqsədilə həyata keçirilən nəfəs alma texnikasıdır. Ağzınızın və burnunuzun tutulması vəziyyətində nəfəs verməyə cəhd edilməsidir.
TGA-nın bir növü də həddindən artıq spirt qəbulu, böyük dozada barbituratların , maddələrin və ya kişik dozada benzadiazepinlərin qəbulu nəticəsində yarana bilər.

Əlamətləri hansılardır?

Keçicı qlobal amneziya (TGA) qəfil qısa müddətli yaddaşın itməsidir. Bəzi insanlar keçmişdə saatlar, günlər və ya daha uzun müddətə aid xatirələri də xatırlaya bilmirlər.

TGA epizodu zamanı baş verə biləcək digər simptomlara aşağıdakılar aiddir:

•  Baş ağrısı
•  Başgicəllənmə
•  Bulantı və qusma
•  Narahatlıq
•  Qarışıqlıq
•  Ayaqlarda, əllərdə və ya qollarda qarışqa gəzməsi hissiyyatı
Əksər hallarda TGA epizodları 1-10 saat davam edir (orta hesabla 6 saatdır). Nadir hallarda simptomlar 24 saata qədər davam edə bilər.

Tədricən inkişaf edən və ya bir gündən çox davam edən yaddaş problemləri TGA nın bir hissəsi deyil və ehtımal ki, digər səbəblərlə bağlıdır.

Diaqnoz necə qoyulur?

Yaddaş itkisinə səbəb ola biləcək digər səbəbləıri istisna etmək üçün müayinələr təyin edilir. Bu müayinələrə aiddir:

•  Qan testləri

•  Beyin kompyuter tomoqrafiyası (KT)

•  Beyin maqnit rezonans tomoqtafiyası (MRT)

•  Elektroensefaloqramma (EEQ)

Necə müalicə olunur?

Keçici qlobal amneziya üçün heç bir müalicə yoxdur. Vəziyyət 24 saat içərisində öz-özünə bərpa olunur. Ancaq şübhəli bir səbəb üçün müalicə tövsiyyə ola bilər.

Ağırlaşmaları

Nadir hallarda TGA daha uzunmüddətli yaddaş problemləri ilə nəticələnir. Bu problem ümumiyyətlə yalnız TGA epizodları təkrarlanan insanlarda baş verir.

Təkralayan keçici qlobal amneziya epizodlarının qarşısını almaq olarmı?

Stimul edicilərdən uzaq qalmaqla keçici qlobal amneziyanın (TGA)  növbəti epizodlarının qarşısını almaq olar.Stimul edicilərə aşağıdakılar aid ola bilər:

 

•  Emosional və ya psixi stress

•  Fiziki gərginlik

•  Cinsi əlaqə

•  Soyuq və ya isti suya qəbil baş vurma

•  Valsalva manevrası

Proqnoz necədir?

Əksər hallarda TGA yaşayan insanlar tamamilə sağalır. Epizod bitdikdən sonra yaddaşları bərpa olur, lakin epizod müddətini xatırlamayacaqlar.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Bakı-Qazax yolunda ağır qəza: 5 nəfər xəsarət aldı
“Bəy hamamı”nda yanğın oldu -FOTO/YENİLƏNDİ
Tehrandan Ukraynadakı münaqişəyə baxış -Kim qalib gələcək?

Dəvələr haqda maraqlı məlumatlar

18+

Tələbələri porno videolara çəkən şəxs tutulub
Eltisi tərəfindən piyləri çıxarılan qadın öldü - BAKIDA ŞOK
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Dişləri ev şəraitində belə ağartmaq mümkündür — RESEPT

İstanbulda 70 kilo qızılla tutulan azərbaycanlı hərbi attaşe barəsində QƏRAR