Azərbaycanda yeni cərimələr müəyyənləşdirilir
31 Oktyabr 2026, 23:55
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
458
06.04.2022, 20:00
Qubanın “Yeni Avtovağzal” adlanan avtovağzalının ərazisi satışa çıxarılıb.
Satışla bağlı elan sosial şəbəkələrdə paylaşılıb.
Paylaşımda göstərilib ki, təxmini ərazisi 1 hektar olan torpaq sahəsi kənd təsərrüfatı təyinatlıdır. OXU24.COM xəbər verir ki, məsələ ilə bağlı “Report”un Şimal bürosuna açıqlama verən elan sahibi Həmid Mirzəyev satış haqqında elanı özü verdiyini və satışa çıxarılan əmlakın qiymətinin 600 min manat olduğunu qeyd edib.
O həmçinin əlavə edib ki, əmlakın sənədləri tam qaydasındadır: "Hazırda həmin ərazi avtovağzal üçün icarəyə verilib, ərazi satılan kimi avtovağzal oradan köçürüləcək".
Quba Avtovağzalının direktoru Fikrət Yunusov isə açıqlamasında bildirib ki, avtovağzalın satılması ilə bağlı məsələ yoxdur və yayılan elan doğru deyil:
“Düzdür, bura qanuni icarədə olan əmlakdır. Amma, buranı heç kim heç kəsə satmır. Avtovağzal da heç bir yerə köçürülmür, öz fəaliyyətini davam etdirir”.
Qeyd edək ki, “Report”un araşdırmasından sonra Quba Avtovağzalının satılması ilə bağlı sosial şəbəkələrdə yerləşdirilmiş elan silinib.
Məlumat üçün bildirək ki, 2011-ci ildə istifadəyə verilmiş Quba Avtovağzalı Kompleksinin ərazisinin ümumi sahəsi 12 380 kv metrdir. Kompleksin iki mərtəbəli inzibati binasının ərazisi isə 700 kv metrdən çoxdur. Binanın birinci mərtəbəsində kassa, gözləmə zalı və kafe, ikinci mərtəbədə isə konfrans zalı və digər inzibati otaqlar var. Avtovağzal binasının fasiləsiz elektrik enerjisi və daimi su ilə təmin olunması məqsədilə transformator stansiyası, su anbarı və nasosxana tikilib.
23:55 / 31 Oktyabr 2026
406
23:52 / 31 Oktyabr 2026
184
23:44 / 31 Oktyabr 2026
258
23:22 / 31 Oktyabr 2026
82
22:59 / 31 Oktyabr 2026
178
22:32 / 31 Oktyabr 2026
1264
22:31 / 31 Oktyabr 2026
125
21:19 / 31 Oktyabr 2026
126
21:09 / 31 Oktyabr 2026
124
20:59 / 31 Oktyabr 2026
1350
20:51 / 31 Oktyabr 2026
220
20:46 / 31 Oktyabr 2026
121
20:37 / 31 Oktyabr 2026
113
20:33 / 31 Oktyabr 2026
163
20:25 / 31 Oktyabr 2026
102
19:58 / 31 Oktyabr 2026
366
19:44 / 31 Oktyabr 2026
108
19:37 / 31 Oktyabr 2026
99
19:29 / 31 Oktyabr 2026
784
19:28 / 31 Oktyabr 2026
202
19:26 / 31 Oktyabr 2026
267
19:20 / 31 Oktyabr 2026
107
19:20 / 31 Oktyabr 2026
1181
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.