Qaynar xətt:

(+99450) 247 90 86

Bu obyektlərə qaz çəkilişi niyə qadağandır? - VİDEO

Bu obyektlərə qaz çəkilişi niyə qadağandır? - VİDEO

CƏMİYYƏT

345

06.04.2022, 18:51

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Yaşayış binalarının 1-ci mərtəbəsində və ya zirzəmisində yerləşən iaşə obyektlərində qaz cihazlarının quraşıdırlması qadağandır. Kommunal xidmətlər üzrə mütəxəssis Nüsrət Qasımov deyir ki, sözügedən qayda həmin obyektərdə təhlükəsizlik tədbirlərinin lazımı səviyyədə təşkil edilməməsi səbəbindən tətbiq olunub. 

OXU24.COM Xəzər TV-yə istinadən xəbər verir ki, ekspert bildirir ki, əgər təbii qazın verilməsinə icazə yoxdursa, bu, həmin iaşə obyektlərinə balon qazdan istifadə etməyə əsas vermir. Çünki, belə cihazların törətdiyi fəsadlar daha böyük olur. 

Azəriqaz istehsalat birliyinin mətbuat xidmətinin rəhbəri Eldəniz Vəliyev deyir ki, yalnız istisna hallarda yaşayış binalarının zirzəmisində və birinci mərtəbəsində yerləşən obyektlər mavi yanacaqla təmin edilə bilər. 

Həmin obyektlərdəki qaz cihazlarına nəzarətə gəlincə isə, Eldəniz Vəliyev qeyd edib ki, sayğacdan sonrakı proseslərin təftişi qurumun səlahiyyətində deyil.