Qaynar xətt:

(+99450) 247 90 86

Metronun bu stansiyasına giriş-çıxış bağlanır

Metronun bu stansiyasına giriş-çıxış bağlanır

CƏMİYYƏT

699

05.11.2018, 19:40

\"\" Sabahdan \"Bakmil\" stansiyasına giriş-çıxışa məhdudiyyət bərpa olunacaq.
\"Bakı Metropoliteni\" QSC-dən Oxu24.com-a verilən məlumata görə, yenidənqurma və əsaslı təmir işləri ilə əlaqədar olaraq noyabr ayının 6-dan günün müəyyən saatlarında \"Bakmil\" stansiyasına giriş-çıxışa məhdudiyyət tətbiq olunacaq. Məqsəd sərnişinlərin təhlükəsizliyini təmin etməkdir. Məhdudiyyət hər gün saat 8:20-dən 17:00-a qədər olan vaxtı əhatə edəcək.
\"Bakı Metropoliteni\" QSC-nin rəhbərliyi müvəqqəti narahatlığa görə sərnişinlərdən üzr istəyir.