Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
67697
az

Oruc olacaq şəxslərə MÜHÜM XƏBƏRDARLIQ

21:4901 Aprel, 2022
456
CƏMİYYƏT
  • A

Daxili Xəstəliklər üzrə uzman Dr. Fatma Özenç Turşak Ramazan ayı ilə bağlı mühüm açıqlamalar verib.

OXU24.COM sozcu.com-a istinadən xəbər verir ki, həkim orucdan əvvəl bədəninizdəki bəzi əlamətlərə diqqət yetirməyi məsləhət görüb.

Uzunmüddətli aclığa adaptasiya prosesini asanlaşdıran məsləhətlər verən mütəxəssis 9 vacib qaydanı təqdim edib. Özünüzə nəzarət edin. Çox su içmək, tez-tez sidiyə getmək, ağızda quruluq, yeməkdən sonra pisləşmə, aclıq zamanı titrəmə və tərləmə kimi, şikayətləriniz varsa, sizdə insulin müqaviməti və ya reaktiv hipoqlikemiya ola bilər. Belə hallarda həkiminizlə məsləhətləşin. Şəkərli diabet, yüksək qan təzyiqi olan insanlar Xroniki diabet, hipertoniya, yüksək xolesterin kimi xəstəlikləri olanlar Ramazandan əvvəl mütləq müayinədən keçməlidirlər. 

Qanda şəkər səviyyəsi və ya təzyiqi yüksək olan xəstələrin oruc tutub, ya bilməyəcəyinə müayinələrinə əsasən həkimin tibbi qiymətləndirmə verməsi məqsədəuyğun olardı. Vitamin səviyyənizi yoxlayın! Yorğunluqdan şikayət edənlər vitamin və qan dəyərlərini yoxlatdırmalıdırlar. Bu dəyərlər aşağı olarsa, vitamin əlavələri verilməlidir. Şiddətli vitamin çatışmazlığı olan və bu şəkildə oruc tutan xəstələrdə başgicəllənmə, huşunu itirmə və aşağı təzyiq müşahidə edilə bilər. Şəkərdən uzaq durun! 

Şəkərli, qaymaqlı, yağlı, qızardılmış ağır qidalardan, sosiska və kolbasa kimi yağlı yarımfabrikat qidalardan və artıq kalorilərə səbəb ola biləcək şəkərli içkilərdən uzaq durun. Tərkibində glutatyon olan qidalara üstünlük verin  Koronavirus, qrip və donuz qripi kimi virus infeksiyalarının intensiv olduğu bu dövrdə immunitetinizi gücləndirmək üçün bol C vitamini və glutatyon olan qidalardan yararlanın. 

Ən çox C vitamini olan qidalar: portağal, naringi, qreypfrut kimi sitrus meyvələri, həmçinin ananas, kivi, qara üzüm, yaşıl bibər, noxud və papayadır. Qlutatyon tərkibli qidalara brokkoli, gül kələmi, Brüssel kələmi, avokado, qreypfrut, soğan və sarımsaq daxildir. Səhər yeməyi Səhər yeyə bilmirsinizsə, özünüzü buna alışdırın. Səhər yeməyini daimi olaraq yeyirsinizsə, əvvəlkindən daha tez yeyin. Xüsusilə porsiyalarınızı azaldın, salat kimi yüngül qidalara üstünlük verin, yağlı məhsulları azaldın. Beləliklə bədənin uzunmüddətli aclığa uyğunlaşması daha rahat olacaq. Liflə zəngin qidaları seçin Ramazanda ən çox təsirlənən həzm sistemimizin işini asanlaşdırın. 

Ramazandan əvvəl yağlı, şəkərli və duzlu qidaları azaldın. Liflə zəngin tərəvəz və meyvələr yeyin. Beləliklə, həzm sisteminiz rahatlaşacaq və uzun aclıq prosesinə uyğunlaşmanız daha rahat olacaq. Sahurda pendir və yumurta  Yavaş həzm olunan və gün boyu sizi tox bilən lifli qidalara üstünlük verin. Məsələn, tərəvəz, meyvə və kəpəkli çörək. Eyni zamanda pendir və yumurta da sizi daha gümrah saxlayacaq. İftarda yavaş-yavaş yeyin İftarda yeməyə 2-3 xurma ilə başlayın. Xurma karbohidrat, lif, kalium və maqnezium mənbəyidir. Sonra yüngül şorbalara keçin, 10 dəqiqə istirahət edib sonra əsas yeməyə keçin. Çox ədviyyatlı, qızardılmamış və az duzlu ana yeməyini yavaş-yavaş çeynəyin. Hər iftara salat və qatıq əlavə edin. 

Tərəvəz və salatlarınızı müxtəlifləşdirin. Kofeinli içkilərin (çay, qəhvə və s.) istifadəsini məhdudlaşdırın. Çünki bədənin susuz qalmasına səbəb olurlar. İftardan 2 saat sonra süd, qatıq, kefir və ya meyvə ilə bir ovuc çiy qoz, fındıq və ya badam yeyin. 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Nəfəsdən ağciyər xərçəngi aşkarlanacaq
Hər gün içmək bu xəstəliklərə yol açır - SİYAHI
Təcili yardım maşını piyadanı vuraraq öldürdü

Dəvələr haqda maraqlı məlumatlar

18+

Tələbələri porno videolara çəkən şəxs tutulub
Eltisi tərəfindən piyləri çıxarılan qadın öldü - BAKIDA ŞOK
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Həmin dərmanları necə pulsuz əldə edək?- Rəsmi açıqlama
Gürcüstandakı toyda 9 azərbaycanlı   bir-birini       bıçaqladı