Birinci vitse-prezident Mehriban Əliyeva bu tamaşanı izləyib -FOTOLAR
02 Noyabr 2026, 00:41
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
6285
24.03.2022, 09:38
Ukrayna ordusu son sutkada Rusiyanın 7 hərbi təyyarəsini, 1 helikopterini, 1 pilotsuz uçuş aparatını, 2 qanadlı raketini məhv edib.
Oxu24.com xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyi məlumat yayıb.
“Savaşın 29-cu günü başlayıb. Müdafiə qüvvələri Şərq, Cənub-Şərq və Şimal-Şərq istiqamətlərində müdafiə əməliyyatlarını davam etdirirlər. Ruslar heç bir istiqamətdə uğur qazana bilməyib. Qoşun qruplarımız rusların qarşısını alır, ərazi müdafiə tapşırıqlarını yerinə yetirir. Rus təyyarələri havadan zərbələr endirməyə davam edir. Son 24 saatda 250-dən çox təyyarə uçuşu qeydə alınıb. Onların əsas hədəfləri Kiyev, Çerniqov və Xarkov vilayətlərindəki hərbi və mülki obyektlərdir”, - qurumdan bildirilib.
Rəsmi informasiyaya əsasən, Xerson vilayətində Rusiya işğalçılarına qarşı etiraz aksiyaları keçirilir: “Ruslar isə yerli əhaliyə qarşı terror törədirlər. Onlar bütün istiqamətlərdə canlı qüvvə və texnika baxımından itki verməkdədirlər. Ukrayna xalqının müqaviməti davam edir”.
Qeyd edək ki, bu gün Rusiya-Ukrayna müharibəsinin 29-cu günüdür.
Xatırladaq ki, Rusiya 2014-cü ilin fevralında Ukraynanın Krım Muxtar Respublikasını ilhaq edib. Bundan sonra Ukraynanın Donbas bölgəsində hərbi əməliyyatlara başlayıb. Nəticədə Donetsk və Luqansk vilayətlərinin böyük hissəsi separatçıların nəzarətinə keçib. Döyüşlər Ukraynanın Silahlı Qüvvələri və Rusiyanın dəstəklədiyi qondarma Donetsk və Luqansk respublikalarının silahlıları arasında gedib. Rəsmi Moskva döyüşlərdə iştirakının olması ittihamını rədd edib.
Daha sonra 2020-ci ilin sonundan başlayaraq Ukrayna və Rusiya arasında münasibətlər daha da gərginləşməyə başlayıb, Donbasda təmas xəttində atəşkəsin pozulması mütəmadi xarakter alıb. ABŞ başda olmaqla Ukraynanın müttəfiqləri hərbi və maliyyə cəhətdən rəsmi Kiyevə yardım etsə də, münaqişəyə birbaşa müdaxilə etməyəcəklərini vurğulayıblar.
2022-ci ilin fevralın 21-də Rusiya Prezidenti Vladimir Putin xalqa müraciətində Ukraynanın Donbas ərazisində yaradılan iki qondarma respublikanı tanıdığını bildirib. O, bununla bağlı fərman imzalayıb.
2022-ci ilin fevralın 24-də Rusiya Silahlı Qüvvələri Ukraynanın “denasifikasiya və demilitarizasiyası” (nasizm ünsürlərindən təmizlənmə və silahsızlaşdırılma), habelə Donetsk və Luqansk “respublikalarının ərazi bütövlüyünün” təmin olunması məqsədilə ölkəyə şərq, cənub (Krım) və şimal (Belarus) istiqamətlərdən hücuma başlayıb. Rusiyada “xüsusi hərbi əməliyyat” adlanan bu müharibədə indiyədək Ukraynanın bir sıra şəhərləri, o cümlədən Xerson, Melitopol şəhərləri işğal edilib. Minlərlə dinc sakin həlak olub, milyonlarla insan yurdlarından didərgin salınıb. Müharibənin ilk günlərindən Qərb Rusiyaya qarşı ən sərt iqtisadi sanksiyaları işə salıb. Nəticədə ölkənin milli valyutası rubl çöküş yaşayır. Bu sanksiyalar ilk dəfə olaraq humanitar sahələrə də toxunub.
Bundan başqa, Beynəlxalq Cinayət Məhkəməsində (Haaqa) Rusiyanın Ukraynaya qarşı təcavüzü ilə əlaqədar insanlığa qarşı cinayətlərin araşdırılmasına başlayıb.
Qeyd edək ki, Azərbaycan daxil olmaqla, BMT üzvlərinin mütləq əksəriyyəti Krım yarımadası və Donbası Ukraynanın ərazisi olaraq tanıyır.
SON DƏQİQƏ! Ukrayna tərəfi müharibənin bitəcəyi tarixi açıqladı
01:12 / 02 Noyabr 2026
76
00:41 / 02 Noyabr 2026
110
00:26 / 02 Noyabr 2026
100
00:06 / 02 Noyabr 2026
299
23:52 / 01 Noyabr 2026
209
23:45 / 01 Noyabr 2026
710
23:40 / 01 Noyabr 2026
106
23:27 / 01 Noyabr 2026
162
23:25 / 01 Noyabr 2026
407
23:14 / 01 Noyabr 2026
182
23:00 / 01 Noyabr 2026
445
22:56 / 01 Noyabr 2026
124
22:04 / 01 Noyabr 2026
134
21:49 / 01 Noyabr 2026
146
21:49 / 01 Noyabr 2026
124
21:26 / 01 Noyabr 2026
290
21:14 / 01 Noyabr 2026
320
20:55 / 01 Noyabr 2026
252
20:49 / 01 Noyabr 2026
120
20:35 / 01 Noyabr 2026
764
20:24 / 01 Noyabr 2026
157
20:20 / 01 Noyabr 2026
363
19:59 / 01 Noyabr 2026
185
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.