Qaynar xətt:

(+99450) 247 90 86

SON DƏQİQƏ! Müdafiə Nazirliyi mühüm açıqlama yaydı: Rus generalla...

SON DƏQİQƏ! Müdafiə Nazirliyi mühüm açıqlama yaydı: Rus generalla...

CƏMİYYƏT

3571

22.03.2022, 17:29

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Martın 22-də müdafiə nazirinin birinci müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev Rusiya Federasiyası Silahlı Qüvvələrinin Quru Qoşunları Baş Komandanının sülhməramlı fəaliyyət üzrə müavini general-polkovnik Aleksey Kimin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Bu barədə Oxu24.com-a Müdafiə Nazirliyindən məlumat verilib.

Görüşdə Azərbaycan Respublikasının Prezidenti, Rusiya Federasiyasının Prezidenti və Ermənistan Respublikasının baş nazirinin Bəyanatının müddəalarının icrası məsələləri, eləcə də Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan əraziləri boyunca əməliyyat şəraiti müzakirə olunub.

Tərəflər 10 noyabr 2020-ci il tarixli Bəyanatın 4-cü bəndinə müvafiq olaraq qanunsuz erməni silahlı qruplaşmalarının Azərbaycan ərazilərindən çıxarılması prosesi və bir sıra digər məsələlər barədə ətraflı fikir mübadiləsi aparıblar.

SON DƏQİQƏ! Şad xəbər gəldi: Ukrayna ordusu bu şəhəri işğaldan azad etdi