Birinci vitse-prezident Mehriban Əliyeva bu tamaşanı izləyib -FOTOLAR
02 Noyabr 2026, 00:41
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
598
20.03.2022, 00:30
Rəqqasə Fatimə Fətəliyeva ilə şairə Nazilə Səfərli arasındakı qalmaqal yenidən alovlanıb.
N.Səfərli bir rəqqasənin adını açıqlamadan barəsində fikirlər səsləndirib.
Fatimə də həmin açıqlamanı ona deyildiyini iddia edərək, sosial şəbəkədəki səhifəsində canlı yayım açaraq, şairəyə cavab verib:
“Mənim ailəm, oğlum, qızım, yoldaşım, nəslim var. Ona görə də Nazilə Səfərli, ağzını yum otur yerində. Yadına sal ki, neçə il əvvəl gəlmisən mağazama ərəb rəqsi üçün paltar götürmüsən. Hara getmisən, kim üçün ərəb rəqsi oynamısan yadına sal. Mən ərəb rəqsi oynayıb ailəmi saxlayıb, uşaq böyütmüşəm.
"Ondan əvvəl salonumdakı işçiləri pislədi ki, heç kim ora gəlməsin. Nazilə Səfərli, niyə dinc dayanmırsan, sənin adını çəkən var? Efirdə soruşurlar, deyirəm, Nazilənin ürəyində kin yoxdur, niyə barışmıram. Sən demə, Nazilənin ürəyində ilanlar var imiş.
Məni xınaya çox dəvət edirlərsə, mənim günahımdı? Durub yazırsan, rəqqasəni stoldan qovdular, yiyəsizdir. Mən Fətəliyev nəslindənəm, maraqlan, araşdır. Sən də haradan gəlmisən yadına sal. Necə gəlməyin örtüldü?
Nə at üstünə minmisən, camaatı heç nə edirsən? Sənin nəsə deməyinlə mən kiminsə gözündən düşmürəm. yadına sal ki, xonça evimə gəlib gecə ərəb rəqsi paltarı aldın. Gecə hara gedirdin? Ərəb rəqsi oynasam da qız uşağı böyütmüşəm. O günü az gördüm, şükür. O vaxt oynayanda xəcalət çəkmişəm, utanmışam. Anam evdə ağlayırdı, bu bayram günü göz yaşım yerdə qalmayacaq (ağlayır). Allah hamının ürəyinə görə versin. Mən qız, oğul anasıyam. Hamı bilir necə qız böyütmüşəm, necə ailədə böyümüşəm. Nazilə Səfərli, ağzını yum otur, mənimlə işin olmasın. Get, öz qabına bax gör ərim deyə-deyə nə oyundan çıxırsan”.
02:55 / 02 Noyabr 2026
204
01:12 / 02 Noyabr 2026
140
00:41 / 02 Noyabr 2026
216
00:26 / 02 Noyabr 2026
216
00:06 / 02 Noyabr 2026
476
23:52 / 01 Noyabr 2026
531
23:45 / 01 Noyabr 2026
1444
23:40 / 01 Noyabr 2026
152
23:27 / 01 Noyabr 2026
229
23:25 / 01 Noyabr 2026
599
23:14 / 01 Noyabr 2026
253
23:00 / 01 Noyabr 2026
582
22:56 / 01 Noyabr 2026
160
22:04 / 01 Noyabr 2026
157
21:49 / 01 Noyabr 2026
188
21:49 / 01 Noyabr 2026
188
21:26 / 01 Noyabr 2026
380
21:14 / 01 Noyabr 2026
378
20:55 / 01 Noyabr 2026
318
20:49 / 01 Noyabr 2026
137
20:35 / 01 Noyabr 2026
850
20:24 / 01 Noyabr 2026
182
20:20 / 01 Noyabr 2026
397
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.