Qaynar xətt:

(+99450) 247 90 86

Rusiya və Ukrayna arasında danışıqlar fasilədən sonra davam edir - YENİLƏNİB - VİDEO - FOTO

Rusiya və Ukrayna arasında danışıqlar fasilədən sonra davam edir - YENİLƏNİB - VİDEO - FOTO

CƏMİYYƏT

442

28.02.2022, 18:38

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

18:28

Belarusda Rusiya və Ukrayna nümayəndələri arasında danışıqlar fasilədən sonra davam edir.

Trend xəbər verir ki, bu barədə Belarusun "Belta" dövlət agentliyi məlumat yayıb.

-------

17:50

Belarusda Rusiya və Ukrayna nümayəndələri arasında danışıqlar başa çatıb.

Trend xəbər verir ki, danışıqlar prosesi 3 sata yaxın davam edib.

-------

14:50

Belarusun ONT telekanalı xəbər verir ki, Rusiya və Ukrayna nümayəndə heyətlərinin nümayəndələri arasında danışıqlar başlayıb.

OXU24.COM-un "İnterfaks"a istinadən verdiyi məlumata görə, Rusiya nümayəndə heyətinə Xarici İşlər Nazirliyi, Müdafiə Nazirliyi, prezident administrasiyası və digər idarələrin nümayəndələri daxil olub. Ona Rusiya prezidentinin köməkçisi Vladimir Medinskiy rəhbərlik edir.

Ukrayna nümayəndə heyətinin tərkibinə "Xalqın qulluqçusu" fraksiyasının rəhbəri David Araxamiya, Ukraynanın müdafiə naziri Aleksiy Reznikov, Prezident Aparatının rəhbərinin müşaviri Mixail Podolyak, Üçtərəfli Təmas Qrupunda Ukrayna nümayəndə heyəti rəhbərinin birinci müavini Andrey Kostin, Xalq deputatı Rustem Umerov və Ukrayna xarici işlər nazirinin müavini Nikolay Toçitski qatıldılar.