Qaynar xətt:

(+99450) 247 90 86

İlisudakı güclü yanğın söndürülüb - FHN açıqlama yaydı

İlisudakı güclü yanğın söndürülüb - FHN açıqlama yaydı

CƏMİYYƏT

571

22.02.2022, 21:46

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol


Hazırda oxunan: İlisudakı güclü yanğın söndürülüb - FHN açıqlama yaydı

İlisu Dövlət Təbiət Qoruğunun ərazisində baş vermiş yanğın söndürülüb.

Fövqəladə Hallar Nazirliyindən (FHN) Bizim.Media-ya verilən məlumata görə, FHN Dövlət Yanğından Mühafizə Xidməti tərəfindən görülmüş təxirəsalınmaz tədbirlər nəticəsində Qax rayonunun Qum kəndi yaxınlığında İlisu Dövlət Təbiət Qoruğunun ərazisində dağ-meşə zonada baş vermiş yanğın geniş əraziyə yayılmasının qarşısı alınaraq axşam saatlarında söndürülüb.

 

MÖVZU İLƏ BAĞLI:

Yaşayış evindəki yanğında xəsarət alan 3 yaşlı uşaq öldü - FOTO


Yanğın nəticəsində təqribən 15 ha sahədə kol-kos, xəzəl, qurumuş ağaclar və ağac kötükləri yanıb.

Yanğının mürəkkəb relyefli dağlıq ərazidə baş verməsinə və küləkli hava şəraitinin yanğının söndürülməsi prosesini mürəkkəbləşdirməsinə baxmayaraq, yanğınsöndürənlərin səyi ilə sıx meşəlik ərazi yanğından mühafizə olunub.

Qeyd  ki, ötən gün İlisu Dövlət Təbiət Qoruğunun yüksək və mürəkkəb relyefli dağlıq ərazisində gecə saatlarında baş verən yanğın Ekologiya və Təbii Sərvətlər Nazirliyi və FHN əməkdaşları tərəfindən söndürülsə də, lakin səhər saatlarında külək nəticəsində bəzi hissələrdə yenidən alovlanma baş verib.