Mehriban Əliyeva və ailə üzvləri dünyaşöhrətli skripkaçı Devid Qarrettin simfonik şousunu izləyiblər
04 Noyabr 2026, 22:22
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
407
15.02.2022, 22:29
Azərbaycanda böyük rezonans doğuran "Nərmin işi" lə bağlı ciddi müzakirələr davam edir.
İlkin Süleymanov cinayətkar qismində həbs edilsə də, əsl cinayətkarın hələ də azadlıqda olduğuna dair tutarlı arqumentlərə söykənən fikirlər var.
OXU24.COM sherg.az-a istinadən bildirir ki, iddialarla bağlı mərhumun atası Şərif Quliyev danışıb. O bildirib ki, yayılan bütün xəbərlər yalandır:
"Bütün iddiaları qarşı tərəf qaldırır. Hamısı onların günahıdır. İlkinin qardaşı Adil Süleymanov qardaşıma yaxınlaşıb deyib ki, gəlin, bu işi bir yerdə həll edək. Bunlar kimdir ki, iş həll etsin? Bu işi dövlət artıq həll edib.
Dövlət Təhlükəsizlik Xidməti, Daxili İşlər Nazirliyi, Baş Prokurorluq, Prezident Administrasiyası - bu dörd qurum bu işlə məşğuldur. Onda bu qurumlar yalan danışır?! Yalan danışan, ictimaiyyəti aldadan qarşı tərəfdir. Müxtəlif "YouTube" kanallarında çıxıb yalan danışırlar. Günahkar İlkindir və bu işdə onun bacıları və anasının əli var".
Xatırladaq ki, Tovuz rayonunun Dondar Quşçu kənd sakini N.Quliyeva 2019-cu il noyabrın 21-də itkin düşüb, onun meyiti 2020-ci il yanvarın 6-da yandırılmış halda tapılıb. 2020-ci il yanvarın 10-da isə hadisəni törətməkdə şübhəli bilinən Dondar Quşçu kənd sakini, 1973-cü il təvəllüdlü İ.Süleymanov saxlanılaraq istintaqa cəlb edilib.
22:26 / 04 Noyabr 2026
11
22:22 / 04 Noyabr 2026
42
22:16 / 04 Noyabr 2026
513
22:14 / 04 Noyabr 2026
56
22:03 / 04 Noyabr 2026
56
21:58 / 04 Noyabr 2026
78
21:46 / 04 Noyabr 2026
67
21:39 / 04 Noyabr 2026
119
21:32 / 04 Noyabr 2026
64
21:28 / 04 Noyabr 2026
75
21:26 / 04 Noyabr 2026
177
21:13 / 04 Noyabr 2026
203
21:04 / 04 Noyabr 2026
94
21:03 / 04 Noyabr 2026
123
21:00 / 04 Noyabr 2026
110
20:58 / 04 Noyabr 2026
79
20:54 / 04 Noyabr 2026
35
20:51 / 04 Noyabr 2026
82
20:47 / 04 Noyabr 2026
91
20:44 / 04 Noyabr 2026
124
20:41 / 04 Noyabr 2026
94
20:33 / 04 Noyabr 2026
335
20:28 / 04 Noyabr 2026
210
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.