Azərbaycanda 4 günlük tətil başlayır – İşə nə vaxt çıxacağıq?
05 Noyabr 2026, 11:21
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
2956
21.01.2022, 22:49
Fransa vətəndaşı, Parisdə zorakılığın əsas təhrikçisi olan ekstremist “Zouaves Paris” (ZVP) qruplaşmasının lideri, ikinci Qarabağ müharibəsi zamanı Azərbaycanın işğal altında olan ərazilərinə gələrək terrorçuluq fəaliyyəti ilə məşğul olmuş və Ermənistan tərəfində muzdlu kimi döyüşmüş Mark De Kakkere-Valmenir Fransada 1 il müddətinə azadlıqdan məhrum edilib.
Bu barədə Oxu24.com Fransa mətbuatına istinadən xəbər verir.
Məlumata görə, prezidentliyə namizəd, ifrat sağçı Erik Zemmurun dekabr ayında keçirilən mitinqində zorakılıq tətbiq etdiyi üçün nümayişlərdə iştirakına qadağa qoyulan Kakkere-Valmenir yanvarın 15-də keçirilən aksiyada iştirak etdiyi üçün saxlanılıb və sonra həbs edilib.
Kakkere-Valmenir 2020-ci ilin iyununda Parisdəki barda hücuma görə bir il həbs cəzasına məhkum olunub.
Qeyd edək ki, Zemmurun aksiyalarda iştirakına qadağa qoyulmuşdu.
Bu, ekstremist qruplaşma rəhbərinin ilk həbsi deyil. O, 2018-ci ilin dekabrında “sarı jiletlilər”in nümayişində zorakılığa görə 6 ay, bara hücuma görə isə 10 ay həbs cəzasına məhkum edilmişdi.
Xatırladaq ki, “Zouaves Paris” qruplaşmasının lideri 2020-ci ilin oktyabrında ikinci Qarabağ müharibəsində işğalçı Ermənistanın tərəfində müharibədə iştirak etdiyini bildirmişdi. Mark de Kakkere-Valmenir instaqramdakı səhifəsində qeyd etmişdi ki, Dağlıq Qarabağa ermənilərlə birlikdə vuruşmağa yola düşüb. Mark de Kakkere "Kalaşnikov" avtomatı lə hərbi formada şəklini paylaşaraq ermənilərlə əməkdaşlıqla "xarici könüllülər briqadası"nı yaratmaq arzusunu açıqlamışdı.
Özünü faşist adlandıran Mark de Kakkere-Valmenir Parisdə zorakılığın əsas təhrikçisi olan sağ ekstremistlər qruplaşmasına “Zouaves Paris” adını verib.(report)
İki nəfər azərbaycanlı İrəvanda taksiyə mindi: Sürücü görün nə etdi - ŞOK HADİSƏ
11:21 / 05 Noyabr 2026
6
11:16 / 05 Noyabr 2026
21
11:07 / 05 Noyabr 2026
43
10:59 / 05 Noyabr 2026
64
10:54 / 05 Noyabr 2026
109
10:45 / 05 Noyabr 2026
178
10:43 / 05 Noyabr 2026
83
10:38 / 05 Noyabr 2026
107
10:34 / 05 Noyabr 2026
88
10:20 / 05 Noyabr 2026
108
10:14 / 05 Noyabr 2026
76
10:12 / 05 Noyabr 2026
844
10:02 / 05 Noyabr 2026
90
10:00 / 05 Noyabr 2026
101
10:00 / 05 Noyabr 2026
121
09:53 / 05 Noyabr 2026
97
09:31 / 05 Noyabr 2026
463
09:24 / 05 Noyabr 2026
100
09:14 / 05 Noyabr 2026
119
09:12 / 05 Noyabr 2026
100
09:05 / 05 Noyabr 2026
283
07:00 / 05 Noyabr 2026
177
05:00 / 05 Noyabr 2026
641
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.