443 min nəfərə şad xəbər - Pul veriləcək
05 Noyabr 2026, 14:25
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
830
17.01.2022, 19:36
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) yeni təyin olunmuş Baş geoloqu Arzu Sahib qızı Cavadova şirkətin Baş ofisinin kollektivinə təqdim edilib.
Bu barədə Oxu24.com-a SOCAR-dan bildirilib.
Məlumata görə, A.Cavadova 1989-cu ildə Azərbaycan Dövlət Neft Akademiyasını “Geoloji-kəşfiyyat” ixtisası üzrə bitirərək, elmi araşdırmalarla məşğul olub, 1994-1995-ci illərdə ABŞ-ın UNOCAL Təqdiqat Mərkəzində “Karbohidrogen sistemləri-analitik təhlil üsulları və geoloji kəşfiyyat”, 1995-1996-cı illərdə isə Mobil Tədqiqat Mərkəzində “Karbohidrogen sistemləri-axtarış və kəşfiyyat üsulları, hövzə modelləşdirilməsi” mövzusunda təlimlərdə və müvafiq tədqiqat işlərində aparıcı mütəxəssis kimi fəal iştirak edib.
1996-cı ildə SOCAR-ın Azərİnformatika İdarəsində mühəndis vəzifəsində əmək fəaliyyətini davam etdirən A.Cavadova 1998-ci ildən şirkətin Dənizdə neft və qazçıxarma İB-nin Mərkəzi laboratoriyasında qrup rəhbəri vəzifəsində çalışıb, 1999-cu ildən 2007-ci ilə qədər ABŞ-ın "Frontera Resourses" şirkətində baş geoloq, "Salyan OYL" şirkətində işlənmə üzrə geoloq, "Delta Hess (ACG) Ltd." şirkətində geologiya üzrə Baş mütəxəssis vəzifələrində çalışıb, 2007-ci ildən BP şirkətində baş geoloji-kəşfiyyat işləri üzrə qrup rəhbəri, geoloji-kəşfiyyat üzrə menecer, karbohidrogen sistemləri üzrə baş mütəxəssis, baş geoloq, 2019-cu ildən geoloq olub.
O, 2013-cü ildə ölkə prezidentinin sərəncamına əsasən, “Tərəqqi” medalı ilə təltif olunub.
A.Cavadova Azərbaycan Neftçi Geoloqlar Cəmiyyətinin sədridir, geologiya-mineralogiya elmləri namizədi, 2 ixtira və 35 elmi əsərin müəllifidir.
14:25 / 05 Noyabr 2026
2
14:24 / 05 Noyabr 2026
14
14:18 / 05 Noyabr 2026
84
14:08 / 05 Noyabr 2026
80
14:01 / 05 Noyabr 2026
56
13:48 / 05 Noyabr 2026
495
13:41 / 05 Noyabr 2026
89
13:20 / 05 Noyabr 2026
129
13:12 / 05 Noyabr 2026
154
13:02 / 05 Noyabr 2026
296
13:00 / 05 Noyabr 2026
177
12:56 / 05 Noyabr 2026
114
12:51 / 05 Noyabr 2026
114
12:41 / 05 Noyabr 2026
386
12:40 / 05 Noyabr 2026
119
12:39 / 05 Noyabr 2026
105
12:36 / 05 Noyabr 2026
168
12:27 / 05 Noyabr 2026
552
12:26 / 05 Noyabr 2026
102
12:16 / 05 Noyabr 2026
693
12:14 / 05 Noyabr 2026
101
12:11 / 05 Noyabr 2026
103
12:00 / 05 Noyabr 2026
113
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.