Qaynar xətt:

(+99450) 247 90 86

Əsəd Həsənov 100 yaşında vəfat etdi

Əsəd Həsənov 100 yaşında vəfat etdi

CƏMİYYƏT

486

16.01.2022, 23:43

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Qırğızıstanın Əməkdar inşaatçısı, İkinci Dünya müharibəsi veteranı, Bişkekdəki "Azəri" Azərbaycan Mədəniyyət Mərkəzi sədrinin müavini, soydaşımız Əsəd Həsənov 100 yaşında vəfat edib

OXU24.COM axar.az-a istinadən bildirir ki, Əsəd Həsənov müharibə dövründə Krasnodar və Stavropolda hərbi əməliyyatlarda, Bryansk, Minsk, Karaçev, Varşava şəhərlərinin azad olunmasında iştirak edib, qələbəni Berlində qarşılayıb. 1930-cu illərdə yeniyetmə ikən valideynləri ilə Qırğızıstana sürgün olunan Ə.Həsənov müharibədən 16 orden və medalla qayıdıb.

Müharibədən sonra uzun illər Qırğızıstanın tikinti idarələrində rəhbər vəzifələrdə işləyib, Bişkek şəhərinin baş memarının müavini kimi məsul vəzifə tutub.

Təqaüdə çıxdıqdan sonra Ə.Həsənov Mədəniyyət Mərkəzi sədrinin müavini kimi böyük ictimai iş aparıb, Bakıda keçirilən Dünya Azərbaycanlılarının qurultaylarının iştirakçısı olub.