Qaynar xətt:

(+99450) 247 90 86

Şamaxıda acınacaqlı durumla üzləşən uşaqlar dövlət nəzarətinə götürüldü

Şamaxıda acınacaqlı durumla üzləşən uşaqlar dövlət nəzarətinə götürüldü

CƏMİYYƏT

383

16.01.2022, 21:50

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol
Şamaxının İkinci Çaylı kəndində baxımsız qalan uşaqlar dövlət nəzarətinə götürülüb.
Oxu22.com Trend-ə istinadən xəbər verir ki, bu barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat katibi Teymur Mərdanoğlu məlumat verib. Bildirilib ki, azyaşlılar artıq müvafiq qurumların əməkdaşları tərəfindən olduğu yerdən götürülüb.
"Uşaqların hüquqlarının müdafiəsi istiqamətində lazım olan bütün tədbirlər görüləcək. Həyata keçiriləcək növbəti hüquqi tədbirlərlə bağlı ictimaiyyətə məlumat veriləcək" - T.Mərdanoğlu vurğulayıb. Xatırladaq ki, daha əvvəl Şamaxıda acınacaqlı durumla üzləşən uşaqlarla bağlı videogörüntülər yayılmışdır.