Qaynar xətt:

(+99450) 247 90 86

Allahın ən çox sevdiyi əməl hansıdır?

Allahın ən çox sevdiyi əməl hansıdır?

CƏMİYYƏT

650

30.12.2021, 22:32

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Imam Cəfər Sadiqdən (ə) soruşdular ki, Allahın ən çox sevdiyi əməl hansıdır?

Imam cavab verdi: "Onu həmd etmək".

Əlbəttə, Allahın bizim həmd və şükrümüzə ehtiyacı yoxdur. Həmd etmək - Allahı tanımaq, Ona iman gətirmək, Onun haqqını qəbul etmək deməkdir, həmd - imanın əlamətidir. Allah öz bəndələrinə qarşı mehriban olduğu üçün onların iman gətirmələrini və mömin olmalarını istəyir. Çünki bu halda onlar bu dünyada öz missiyalarını (Allahın xəlifəsi - canişini olmaq vəzifəsini) yerinə yetirmiş olur, axirətdə isə cəhənnəmdən qurtulub cənnətdə əbədi xoşbəxt həyat qazanırlar.

Kainatda hər şey Allaha həmd və təsbih deyir, yəni Onu mədh edir, öyür, Onun böyüklüyünü və müqəddəsliyini etiraf edir. Hər bir canlı və cansız əşya istəsə də, istəməsə də Allahı öyməklə məşğuldur. Çünki həmin əşya öz varlığı ilə qüdrətli və hikmətli bir Yaradanın mövcudluğunu göstərmiş, sübuta yetirmiş olur. Bu mənada hətta Allahı inkar edən kafirlərin dilləri küfr söyləsə də, vücudları səssiz şəkildə Allaha həmd edir. Qurani-kərimdə buyurulur: "Göylərdə və yerdə nə varsa, (hamısı) Allahı təqdis edib şəninə təriflər deməkdədir. O, yenilməz qüvvət sahibi, hikmət sahibidir" (Hədid, 1). "Yeddi göy, yer və onlarda olanlar (bütün məxluqat) Allahı təqdis edir. Elə bir şey yoxdur ki, Allaha tərif deyib Ona şükr etməsin. Lakin siz onların (dillərini bilmədiyiniz üçün) təqdisini anlamazsınız. Allah həqiqətən, həlimdir, bağışlayandır!" (Isra, 44).

Allaha həmd etmək insanın vicdan borcudur. Insan, onu yaratdığına, ona ruzi verdiyinə görə tanrıya şükr və həmd etməlidir. Bunu etməyən adam nankorluq etmiş olur. Amma Allaha yalnız verdiyi nemətlərə görə şükr etmək minnətdarlığın aşağı mərtəbəsidir. Əsl həmd təmənnasız edilir. Mömin insan Allahdan nemət alsa da, almasa da, həmd etməkdən əl çəkməməlidir. Çünki, Allah daima bizə lütf etməkdə və nemət verməkdədir. Sadəcə olaraq, biz bəzi nemətləri nemət kimi anlayır və dəyərləndiririk. Amma bəzi nemətləri isə hətta bəla və müsibət kimi qəbul edirik. Halbuki, Allahın hər bir qəzavü-qədərində bir hikmət, bir xeyir vardır. Bizə pislik və fəlakət kimi görünən hadisələr belə, əslində bizim xeyrimizədir.

Həmd bütün duaların və əməllərin açarıdır. Hər bir duanın əvvəlində bismillah və salavatla yanaşı həmd də deyilsə, o duanın qəbul olmaq ehtimalı artar: "Əvvəlində həmd olmayan hər dua yarımçıq və naqisdir" (Imam Sadiq (ə)).

Dini mənbələrdə Islam müqəddəslərinin dilindən rəvayət edilmiş dua və zikrlərdə Allahın ən gözəl ifadələrlə həmdinə rast gəlirik. Allahı ən gözəl şəkildə tanımış olan şəxsiyyətlər Onu rəngarəng sözlərlə həmd etmişlər. Amma bununla belə, həmddə vacib olan təmtəraqlı ifadələr, xüsusi ayinlər deyil, səmimiyyət və ixlasdır. Ən gözəl həmd - xalis niyyətlə, ürəkdən edilmiş həmddir. Rəvayət edirlər ki, bir gün Imam Cəfər Sadiqin (ə) atı itmişdi. Imam buyurdu ki, at tapılsa, Allaha layiq olduğu şəkildə şükr edəcəyəm. Bir müddətdən sonra atı tapdılar və Imam buyurdu: "Əlhəmdü lillah". Bunu eşidən bir nəfər o həzrətdən soruşdu: "Məgər demədinizmi Allaha elə şükr edəcəyəm ki, Onun şəninə layiq olsun?". Imam bu suala sualla cavab verdi: "Məgər eşitmədinmi dedim: əlhəmdü lillah?".

Bir nəfər Imam Sadiqə dedi: "Allahdan istəmişdim ki, mənə mal-dövlət versin, verdi. Istəmişdim ki, mənə övlad versin, verdi. Istəmişdim ki, mənə ev versin, onu da verdi. Indi qorxuram ki, bundan sonra da istəklərimə davam edib acgözləşərəm". Imam buyurdu: "Allaha and olsun ki, həmd etsən, dediyin kimi olmaz (yəni acgöz sayılmazsan)".

Imam Cəfər Sadiq (ə) Məkkədə həcc ziyarətində olanda bir dilənçi Onun çadırına gəlib yardım istədi. Imam bu zaman ətrafındakılarla birlikdə üzüm yeyirdi. O həzrət, dilənçini yoxlamaq üçün ona bir salxım üzüm verdi. Dilənçi üzümü almayıb dedi: "Neyləyirəm bunu? Pul ver!". Imam buyurdu: "Get, ruzini Allah versin!". Dilənçi çadırdan çıxdı, bir azdan sonra qayıdıb dedi: "Eybi yoxdur, o salxımı ver". Imam ona heç nə verməyib buyurdu: "Dedim ki, get, ruzini Allah versin".

Sonra başqa bir dilənçi gəldi. Imam ona üç üzüm dənəsi verdi. Dilənçi üzüm dənələrini alıb yeyəndən sonra dedi: "Aləmlərin rəbbi olan Allaha həmd olsun ki, mənə ruzi verdi". Imam ovcunu üzümlə doldurub dilənçiyə tərəf uzatdı. Dilənçi bu payı da alıb: "Əlhəmdü lillahi rəbbil-aləmin" dedi. Imam Sadiq (ə) öz nökərindən soruşdu ki, yanında nə qədər pul var? Nökər 20 dirhəmi olduğunu söylədi. Imam həmin pulu da dilənçiyə verdi. Dilənçi yenə dua etdi: "Əlhəmdü lillah. Ey Allah, bu ruzi Səndəndir. Sən təksən, şərikin yoxdur". Imam əynindəki köynəyi çıxarıb dilənçiyə verdi və "əyninə geyin" dedi. Dilənçi köynəyi alıb geyindi, bu dəfə "Həmd olsun məni geyindirən və bədənimi örtən Allaha" sözləri ilə həmd edəndən sonra Imama xitabən dedi: "Ey Əba Əbdillah! Allah sənə bunun əvəzini versin!".

Bu hadisəni rəvayət edən səhabə deyir ki, əgər dilənçi bu dəfə də yalnız Allaha həmd etsəydi və Imama təşəkkür etməsəydi, Imamın hədiyyələri yenə davam edəcəkdi.
(hədislər "əl-Kafi" kitabındandır).

Prezident İlham Əliyev Pakistanın Azərbaycana dəyişməz dəstəyini yüksək qiymətləndirib 

13:06 / 08 Noyabr 2026

SİYASƏT SİYASƏT

Prezident İlham Əliyev Pakistanın Azərbaycana dəyişməz dəstəyini yüksək qiymətləndirib 

133

0
Zakir Həsənovun şəkil çəkdirdiyi əkizlər kimdir? 

12:47 / 08 Noyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

Zakir Həsənovun şəkil çəkdirdiyi əkizlər kimdir? 

339

1
Türkiyə MMN: Zəfər Günün mübarək olsun, qəhrəman Azərbaycan! 

12:46 / 08 Noyabr 2026

SİYASƏT SİYASƏT

Türkiyə MMN: Zəfər Günün mübarək olsun, qəhrəman Azərbaycan! 

112

1
Zakir Həsənov Zəfər Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib 

12:39 / 08 Noyabr 2026

HƏRBİ HƏRBİ

Zakir Həsənov Zəfər Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib 

113

0
Əhaliyə xəbərdarlıq!Qar yağacaq,0-2° şaxta olacaq

12:35 / 08 Noyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

Əhaliyə xəbərdarlıq!Qar yağacaq,0-2° şaxta olacaq

668

0
Azərbaycan dövlət başçısı: Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür 

12:29 / 08 Noyabr 2026

SİYASƏT SİYASƏT

Azərbaycan dövlət başçısı: Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür 

142

1
Dövlət başçısı: Biz elə güclü olmalıyıq ki, bundan sonra Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin 

12:28 / 08 Noyabr 2026

SİYASƏT SİYASƏT

Dövlət başçısı: Biz elə güclü olmalıyıq ki, bundan sonra Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin 

137

0
Prezident: Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir 

12:27 / 08 Noyabr 2026

SİYASƏT SİYASƏT

Prezident: Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir 

123

0
Azərbaycan lideri: Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar 

12:22 / 08 Noyabr 2026

SİYASƏT SİYASƏT

Azərbaycan lideri: Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar 

126

0
Xankəndidə keçmiş icra hakimiyyətinin binası Zəfər Muzeyi olacaq 

12:17 / 08 Noyabr 2026

SİYASƏT SİYASƏT

Xankəndidə keçmiş icra hakimiyyətinin binası Zəfər Muzeyi olacaq 

125

0
Ali Baş Komandan: Düşmənin beli döyüş meydanında qırıldı 

12:16 / 08 Noyabr 2026

SİYASƏT SİYASƏT

Ali Baş Komandan: Düşmənin beli döyüş meydanında qırıldı 

141

0
Prezident: Vətən müharibəsində Azərbaycan xalqı öz mənəvi keyfiyyətlərini bütün dünyaya nümayiş etdirdi 

12:14 / 08 Noyabr 2026

SİYASƏT SİYASƏT

Prezident: Vətən müharibəsində Azərbaycan xalqı öz mənəvi keyfiyyətlərini bütün dünyaya nümayiş etdirdi 

148

0