“Biz 30 illik həsrəti 44 günə bitirdik!”
08 Noyabr 2026, 16:25
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
473
24.12.2021, 23:43
Kliniki Tibbi Mərkəzin tabeliyində olan iki saylı Klinik Uşaq Xəstəxanasına bu il virus xəstəlikləri ilə bağlı müraciət edənlərin sayı artıb. Ümumiyyətlə uşaqlar arasında mövsümi xəstəliklər hər il qeydə alınsa da, pandemiya başlayandan müraciətlərin sayında artım müşahidə edilir. Son dövrlər artımın əsas səbəblərindən biri isə uşaqların bağçalara, məktəblərə getməsidir. İndi sağlam, ya xəstə - bütün uşaqlar məktəbə, bağçaya gedir. Bu, xəstəliyin çoxalmasına səbəb olur. Tövsiyə olunur ki, valideynlər xəstə uşaqları bağçaya və məktəbə göndərməsinlər.
OXU24.COM AZƏRTAC-a istinadən bildirir ki, bu barədə pediatr-infeksionist Rəna Hüseynova məlumat verib.
Həkim-infeksionist bildirib ki, hazırda xəstəxanalara ən çox uşaq yuxarı tənəffüs yollarının, xüsusilə qırtlaq və nəfəs borusunun iltihabı olan inaq xəstəliyi ilə müraciət edirlər: "Uşaqlarda əsasən yüksək hərarət, öskürək, bəzən isə qusma, ishal müşahidə edilir. Əksəriyyət bunu soyuqdəymə ilə əlaqələndirsə də, belə deyil. Bu əlamətlər virusun əlamətləridir. Sadəcə olaraq, bədəndə virus olduğu üçün soyuqdəymə nəticəsində xəstəlik daha da ağırlaşır. Valideynlərin çoxu bu kimi hallarda uşaqları həkimə gətirmədən, evdə müalicə etməyə çalışırlar. Bu isə uşağın vəziyyətinin daha da ağırlaşmasına səbəb ola bilər. Xəstə uşağa mütləq həkim baxmalıdır. Həkim təyinatı olmadan uşaqlara antibiotik verilməsi yolverilməzdir".
R.Hüseynova, həmçinin xəstələnən uşaqlara qulluq üçün valideynlərə tövsiyələrini də verib: "Uşaqların qızdırması olarsa, ilk olaraq onlara hərarətsalıcı dərman vermək və çoxlu maye içirtmək lazımdır. Ən əsası isə valideynlər vaxt itirmədən yaşadıqları ərazi üzrə poliklinikalara müraciət edib, həkimlərdən məsləhət almalıdırlar. Xəstə uşaqları çox qalın geyindirmək də düzgün deyil. Bu, tərləməyə və vəziyyətin ağırlaşmasına gətirib çıxara bilər. Valideynlərə məsləhətim odur ki, uşaqların əllərini mütəmadi olaraq yumasına, sıxlıq olan ərazilərdə olmamalarına diqqət etsinlər. Gigiyenik qaydalara və sosial məsafəyə əməl etməklə, uşaqların sağlamlığının qayğısına qalmaq mümkündür".
16:34 / 08 Noyabr 2026
202
16:25 / 08 Noyabr 2026
58
16:12 / 08 Noyabr 2026
109
16:06 / 08 Noyabr 2026
143
15:17 / 08 Noyabr 2026
139
15:13 / 08 Noyabr 2026
450
14:59 / 08 Noyabr 2026
120
14:54 / 08 Noyabr 2026
114
14:49 / 08 Noyabr 2026
124
14:44 / 08 Noyabr 2026
232
14:31 / 08 Noyabr 2026
130
13:45 / 08 Noyabr 2026
309
13:35 / 08 Noyabr 2026
725
13:21 / 08 Noyabr 2026
159
13:16 / 08 Noyabr 2026
153
13:06 / 08 Noyabr 2026
153
12:47 / 08 Noyabr 2026
834
12:46 / 08 Noyabr 2026
134
12:39 / 08 Noyabr 2026
132
12:35 / 08 Noyabr 2026
787
12:29 / 08 Noyabr 2026
160
12:28 / 08 Noyabr 2026
154
12:27 / 08 Noyabr 2026
134
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.