7 %-ə qədər qaldırılır - 2027-ci ilin büdcə zərfinə daxil edildi
10 Noyabr 2026, 09:50
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
611
28.10.2021, 22:26
Ermənistan Baş naziri Nikol Paşinyan Milli Məclisdə hökumət saatı vaxtı deyib ki, Sünik (Zəngəzur) vilayətində yaranmış vəziyyətə görə məsuliyyətdən boyun qaçırmağa çalışmır.
Oxu24.com xəbər verir ki, O bunu keçmiş prezident Robert Koçaryanın himayə etdiyi müxalif "Hayastan" parlament fraksiyasının üzvü Anna Qriqoryanın sualına cavab olaraq çərşənbə günü deyib. Anna Qriqoryan soruşmuşdu ki, 2020-ci ilin dekabrında Azərbaycan hərbçilərinin Sünikdə lap yolların yaxınında peyda olmasına səbəb olan, erməni qoşunlarının geri çəkilməsinə kim əmr verib.
Paşinyan deyib ki, belə qərar qəbul olunmasaydı, orada döyüşlər başlanardı.
"Qərar müharibədən qacınmaq üçün qəbul olunub, çünki mən əmin idim ki, bu qərar olmasaydı, orada döyüş əməliyyatları başlanardı və biz həqiqətən Sünikdə ciddi problemlərlə üzləşərdik... Biz onlarla kilometr qabaqda dayanmışdıq, lakin, təəssüf, gəlib bu yerə çatdıq", - o deyib.
"Siz demək istəyirsiniz ki, qoşunların geri çəkilməsinə əmr verən şəxs Vağarşak Harutyunyandır [o vaxt Ermənistan müdafiə naziri olub]?" - millət vəkili davam edib.
"Yox, qoşunların geri çəkilməsinə mən əmr vermişəm, Vağarşak Harutyunuan həmin əmri yerinə yetirib", - Paşinyan etiraf edib.
Ötən ilin dekabrında Ermənistan ordusu Qafan ətrafındakı yüksəklikləri tərk etməklə öz postlarını Qafan meri Gevorq Parsyanın təbirincə, "Sovet sərhədlərinə"-dək çəkmişdilər.
Bu, Ermənistan-Azərbaycan-Rusiya arasında imzalanmış üçtərəfli razılaşmaya əsasən həyata keçirilib.
Bu hadisə Ermənistanda qəzəb yaratmış, günlərlə davam etmiş Baş nazir Nikol Paşinyanın istefasına səsləyən etirazları daha da qızışdırmışdı
Bu hadisədən əvvəl Ermənistan mənbələri yazıb ki, Azərbaycan hərbçiləri Ermənistanın Sünik vilayətinin sərhəd əraziləri olan Şurnux və Vorotan kəndlərinə gedərək rus sərhədçilərlə danışıqlar aparıb və Gorus-Qafan yolunun sağ tərəfinə düşən, bağların və 12 evin olduğu ərazinin Azərbaycanın ərazisinə düşdüyünü deyib.
Bu barədə indiyədək nə Azərbaycan, nə də Rusiya rəsmiləri şərh veriblər.
09:50 / 10 Noyabr 2026
46
09:46 / 10 Noyabr 2026
48
09:35 / 10 Noyabr 2026
80
09:26 / 10 Noyabr 2026
122
09:19 / 10 Noyabr 2026
96
08:56 / 10 Noyabr 2026
166
08:46 / 10 Noyabr 2026
156
08:42 / 10 Noyabr 2026
1139
05:37 / 10 Noyabr 2026
149
05:27 / 10 Noyabr 2026
238
04:34 / 10 Noyabr 2026
150
04:12 / 10 Noyabr 2026
213
02:34 / 10 Noyabr 2026
180
02:02 / 10 Noyabr 2026
165
01:30 / 10 Noyabr 2026
421
01:19 / 10 Noyabr 2026
580
01:00 / 10 Noyabr 2026
254
00:25 / 10 Noyabr 2026
1276
00:20 / 10 Noyabr 2026
171
00:14 / 10 Noyabr 2026
566
00:08 / 10 Noyabr 2026
170
23:52 / 09 Noyabr 2026
314
23:52 / 09 Noyabr 2026
2770
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.