Dənizkənarı Milli Parkda köməksiz vəziyyətdə qalan şəxs xilas edilib
10 Noyabr 2026, 11:16
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
426
24.10.2021, 23:49
Bir nəfər Peyğəmbərin (s) xidmətinə gəlir və deyir: "Ata və anasını (haqqını) tanıyan insan kimdir?".
Həzrət Peyğəmbər (s) buyurur: "Atan və anan - sənin behiştindir, atan və anan - sənin cəhənnəmindir. Həm sənin behiştə getməyini hazır edər və həm də cəhənnəmə getməyini hazır edər".
İmam Sadiq (ə) buyurur: "Qiyamət günü behiştin pərdələri kənara çəkilər və hər bir ruh sahibi behiştin iyini 500 il fasilədən hiss edər, məgər bir dəstədən başqa". Soruşurlar ki, onlar kimdir? Həzrət (ə) buyurur: "Ata və anasına əziyyət verənlər". (Tebyan)
Həzrət Peyğəmbər (s) buyurur: "Ata və anana qarşı yaxşı əməl sahibi ol, yerin behişt olar. Əgər cəfa çəkdirən olsan, cəhənnəmlə uyğunlaş".
Bir nəfər İmam Sadiqə (ə) deyir: "Atam o qədər qocalmışdı ki, onu hacətini yerinə yetirmək üçün həml edirəm və aparıram". İmam (ə) buyurur: "Əgər qüdrətin varsa, özün bu işi gör və özün ağzına yemək qoy ki, bu əməl sabahkı atəşdən qalxan olar".
Quran buyurur: "Öz ata-anasına "Heyf sizə! Məndən əvvəl əsrlər boyu insanların (gəlib) keçdikləri (və onlardan heç kəsin dirilmədiyi) bir halda siz mənə (öləndən sonra torpaqların arasından) çıxarılacağımı vəd edirsiniz?!" deyən kəs(ə gəldikdə isə): O ikisi daim Allahdan (onun iman gətirməsi barəsində) kömək diləyir (və deyirdilər): "Vay olsun sənə! İman gətir. Allahın vədi mütləq haqdır". Lakin o, deyirdi: "(Sizin) bu (sözləriniz) keçmişlərin əfsanələrindən başqa bir şey deyildir". Belələri onlardan qabaq (olub) keçmiş insan və cin tayfaları arasında barələrində Allahın sözü (kafirlərin cəhənnəmlik olmaları haqqındakı vədi) qətiləşmiş kəslərdir. Onlar doğrudan da ziyana uğramışdılar". ("Əhqaf" 17-18).
Bu insanlar o kəslərdir ki, ata və analarına zülm etmiş və onların sözünə qulaq asmaq yerinə, məsxərə etmişdilər ki, Allah onları ziyana uğramışlardan hesab edir.
Beləliklə, insan valdeynə münasibəti və rəftarı ilə behişti də qazana bilər, cəhənnəmi də.
11:16 / 10 Noyabr 2026
1
11:04 / 10 Noyabr 2026
41
10:45 / 10 Noyabr 2026
70
10:39 / 10 Noyabr 2026
244
10:32 / 10 Noyabr 2026
78
10:28 / 10 Noyabr 2026
120
10:21 / 10 Noyabr 2026
152
10:17 / 10 Noyabr 2026
100
10:15 / 10 Noyabr 2026
118
10:10 / 10 Noyabr 2026
100
09:50 / 10 Noyabr 2026
333
09:46 / 10 Noyabr 2026
101
09:35 / 10 Noyabr 2026
128
09:26 / 10 Noyabr 2026
175
09:19 / 10 Noyabr 2026
120
08:56 / 10 Noyabr 2026
229
08:46 / 10 Noyabr 2026
308
08:42 / 10 Noyabr 2026
2631
05:37 / 10 Noyabr 2026
164
05:27 / 10 Noyabr 2026
267
04:34 / 10 Noyabr 2026
163
04:12 / 10 Noyabr 2026
220
02:34 / 10 Noyabr 2026
183
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.