Qaynar xətt:

(+99450) 247 90 86

SON DƏQİQƏ! Ehtiyatda olan hərbçilər təlimə çağırılır

SON DƏQİQƏ! Ehtiyatda olan hərbçilər təlimə çağırılır

CƏMİYYƏT

1347

24.10.2021, 19:42

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Müdafiə nazirinin təsdiq etdiyi 2021-ci il üçün hazırlıq planına əsasən, oktyabrın 25-dən N nömrəli hərbi hissədə hərbi təlim toplanışı keçiriləcək.

Bu barədə  Oxu24.com Müdafiə Nazirliyinə istinadən xəbər verir.

Ehtiyatda olan bir qrup hərbi vəzifəlilərin cəlb olunacağı təlim toplanışında əsas məqsəd onların döyüş hazırlığının səviyyəsini, bilik və bacarıqlarını artırmaqdır.

Təlimdə hərbi vəzifəlilər əvvəllər qazandıqları döyüş vərdişlərini, hərbi ixtisaslarını və təcrübələrini təkmilləşdirməklə yanaşı, ordumuzda olan müasir silahlar, hərbi texnika nümunələri ilə yaxından tanış olmaq, onların istismar qaydalarını öyrənmək imkanı əldə edəcəklər.

Təlim toplanışı noyabrın 6-dək davam edəcək.

Bu gün Şuşada kimlər yaşayır? - BBC Şuşadan özəl reportaj hazırladı