Dünyanın ən çirkli ölkələri: Azərbaycan neçənci yerdədir?
10 Noyabr 2026, 22:04
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
1112
15.09.2021, 21:01
Yay fəsli gəlib və isti günlər başlayıb. İsti günlərdə sərinləmək üçün kondisionerdən istifadə artıq bir zərurət halına gəlib çıxıb. Bəs uşaq olan evlərdə kondisioneri necə istifadə etmək lazımdır ki, uşağa ziyan etməsin? Kondisioner yanan zaman otağın temperaturunu neçə dərəcədə saxlamaq lazımdır? Kondisionerdən düzgün istifadəni necə etməliyik?
OXU24.COM bildirir ki, həkim-pediatr Günay Rəsulova bütün bu sualları cavablayıb.
G.Rəsulova deyir ki, uşaqların xəstələnməməsi üçün hər fəsil dəyişəndə mütləq şəkildə kondisionerlərin filtirini dəyişmək lazımdır: "Bu çox önəmli məsələdir. Çünki bu, uşaqların kondisioner mənşəli infeksiyaların qapmasının qarşısını alır. Yəni, kondisionerdən xəstələnməsinin qarşısını alır.
Kondisioner mütləq şəkildə otağın temperaturunu tədricən düşürməlidir.
Kondisionerin hava axını birbaşa olaraq uşağın yatağına vurmamalıdır. Bu uşağa ziyan edə bilər.
Uşağın kondisionerdən xəstələnməməyini istəyiriksə, vaxtaşırı olaraq otağın havalandırılmasına fikir verməliyik. Davamlı olaraq neçə saat ard-arda kondisioner yanarsa, bu otağın havasını quruda bilər. Əlbəttə ki, quru havada da uşaqlar xəstələnərlər.
Ən əsas məsələlərdən biri isə kondisioner olan otaqda havanın nəmliliyinə nəzarətdir. Uşaq olan otaqda otaq termometri və hidrometr olmalıdır. Həm rütubətə, həm də temperatura nəzarət olmalıdır ki, uşaq xəstələnməsin.
Otağın temperaturunu normadan çox aşağı salmaq olmaz. Kondisionerli otağa girəndə insan üşüdüyünü hiss etməməlidir. Çünki kondisioner insanı üşütmək üçün deyil, sərinləndirmək üçündür.
Uşaq olan evdə temperaturu maksimum 21-22 dərəcədə qoruyub saxlamalıyıq. Kondisionerin olmaması, uşağın aşırı dərəcədə istilənməsi də ona zərərlidir, nəinki kondisionerlə otağı normal şəkildə sərinləndirmək. Kondisionerdən düzgün şəkildə istifadə etsək, otağın temperaturunu optimal qaydada saxlasaq, uşaq heç vaxt bundan xəstələnməz.
Hər zaman sağlam qalın!
22:04 / 10 Noyabr 2026
43
21:55 / 10 Noyabr 2026
235
21:51 / 10 Noyabr 2026
63
21:49 / 10 Noyabr 2026
70
21:46 / 10 Noyabr 2026
58
21:44 / 10 Noyabr 2026
70
21:40 / 10 Noyabr 2026
71
21:33 / 10 Noyabr 2026
18591
21:19 / 10 Noyabr 2026
93
21:12 / 10 Noyabr 2026
107
21:10 / 10 Noyabr 2026
326
20:56 / 10 Noyabr 2026
95
20:54 / 10 Noyabr 2026
371
20:46 / 10 Noyabr 2026
108
20:35 / 10 Noyabr 2026
125
20:17 / 10 Noyabr 2026
108
20:10 / 10 Noyabr 2026
1294
19:59 / 10 Noyabr 2026
112
19:58 / 10 Noyabr 2026
109
19:52 / 10 Noyabr 2026
117
19:52 / 10 Noyabr 2026
116
19:43 / 10 Noyabr 2026
124
19:40 / 10 Noyabr 2026
141
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.