Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
58531
az

SON DƏQİQƏ! SOCAR BENZİNLƏ BAĞLI AÇIQLAMA YAYDI

22:5214 Sentyabr, 2021
2144
CƏMİYYƏT
  • A

Sabahdan etibarən Azərbaycanda “Aİ-95” premium və “Aİ-98” super markalı benzinin qiymətinin dəyişəcəyi barədə məlumat yayılıb.
 
Məsələ ilə bağlı Modern.az-a açıqlama verən “SOCAR Petroleum” QSC-nin mətbuat katibi Üzeyir Həbibbəyli faktı təsdiqləyərək, qiymətdə dəyişiklik ediləcəyini bildirib.
 
Ü. Həbibəylinin sözlərinə görə, qiymətlərdə enmə də ola bilər, artım da: "Hələlik müəyyən edilən qiymətlər dəqiqləşdirilir və rəhbərliyin təsdiqindən sonra ictimaiyyətə açıqlanacaq".
 
Qeyd edək ki, mətbuatda yayılan məlumata görə, sabahdan “Aİ-95” markalı benzinin qiyməti 1 manat 60 qəpik, “Aİ-98” markalı benzinin qiyməti isə 1 manat 90 qəpik təşkil edəcək.
 
“Aİ-95” premium və “Aİ-98” super markalı benzin Azərbaycanda istehsal olunmadığından xarici ölkələrdən idxal edilir. Məhsulun bu ölkələrdə qiymətinin artması onun idxal dəyərinə ölkəmizdə satış qiymətinə birbaşa təsir edir.
 
Onu da xatırladaq ki, son qiymət dəyişikliyinə qədər Azərbaycana xaricdən idxal edilən “Aİ-95” premium markalı benzinin qiyməti 1 manat 45 qəpik, “Aİ-98” super markalı benzinin qiyməti 1 manat 60 qəpik təşkil edirdi. 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

19 yaşlı qız qəfil vəfat etdi
Əhməd Cavadın ailəsində itki
10 yaşlı uşaq evin çardağından yıxıldı, vəziyyəti ağırdır

Çinin şimalında 6000 illik yaşayış yeri tapılıb

18+

18+ Toy gecəsinin səhəri gəlini həkimə gətirdilər- Qızlıq pərdəsi müəmması - VİDEO
Bakıda marketdə baş vermiş qətlin dəhşətli VİDEOSU YAYILDI
Gəncədə törədilən erməni terrorundan varlanmaq istəyənlər kimlərdir?— Sakinlərin kirayə pulları verilmir
Tez-tez sidiyə getmə - Bu təhlükədən xəbər verir
İtkin düşən 8 nəfər tapıldı