Biotin qəbul edənlərə çağırış - VİDEO
10 Noyabr 2026, 22:35
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
913
14.09.2021, 00:48
Müxtəlif viruslar, mikrob və bakteriyalar əllərlə toxunulan əşyalar vasitəsilə orqanizmə daxil olur. Ona görə də gün ərzində mütəmadi şəkildə spirt və gel kimi dezinfeksiyaedici məhlullardan istifadə edilir. Lakin onların da yan təsirləri var və həmin təsirlərin əsas hədəfi isə dəridir.
Dezinfeksiyaedici məhlulların tərkibində müəyyən miqdarda spirt və kimyəvi maddələr mövcuddur. Həmin məhlullardan normadan artıq istifadə dərinin qoruyucu qat funksiyasının zəifləməsinə, qızarmasına, quruyub soyulmasına gətirib çıxara bilər.
OXU24.COM AZƏRTAC-a istinadən bildirir ki, həkim-dermatoloq Elnur Nəzərov deyib: "Xroniki dəri xəstəliyi, məsələn, əllərində ekzema, hər hansı allergik-xronik xəstəliyi, allergik-kontakt dermatiti olanlar, yuyucu vasitələrdən istifadə edən qadınlar əllərində baş verən qaşınma, qabıqlanma və qızartı zamanı dezinfeksiyaedici vasitələrdən istifadə edərkən daha çox fəsadlarla üzləşirlər".
Gündəlik istifadə edilən tibbi maskalar da dəri ilə birbaşa təmasda olduğuna görə bir sıra problemlər yarada bilər. Xüsusilə yazılı və naxışlı, eləcə də kimyəvi üsulla boyanmış maskaların taxılması tövsiyə olunmur.
"Üzündə hər hansı xroniki xəstəlik - seboreya, dermatit və s. olanların tərkibi yalnız pambıqdan ibarət olan maskalardan istifadə etməsi məsləhətdir. Həmin maskalar birdəfəlik olmaya da bilər. Onları yuyandan sonra təkrar istifadə etmək də olar", - deyə həkim-dermatoloq bildirib.
Həkimlər havaların isti keçdiyi mövsümdə dəriyə qulluğun vacib olduğunu söyləyirlər. Bunun üçün dəri tipinə uyğun kremlər seçilməlidir. Dəri xəstəliyi olanlar isə həkimlə məsləhətləşəndən sonra qoruyucu vasitələrdən istifadə edə bilərlər.
22:35 / 10 Noyabr 2026
18
22:30 / 10 Noyabr 2026
144
22:27 / 10 Noyabr 2026
60
22:19 / 10 Noyabr 2026
58
22:04 / 10 Noyabr 2026
108
21:55 / 10 Noyabr 2026
411
21:51 / 10 Noyabr 2026
82
21:49 / 10 Noyabr 2026
171
21:46 / 10 Noyabr 2026
176
21:44 / 10 Noyabr 2026
87
21:40 / 10 Noyabr 2026
85
21:33 / 10 Noyabr 2026
18656
21:19 / 10 Noyabr 2026
103
21:12 / 10 Noyabr 2026
119
21:10 / 10 Noyabr 2026
427
20:56 / 10 Noyabr 2026
103
20:54 / 10 Noyabr 2026
528
20:46 / 10 Noyabr 2026
116
20:35 / 10 Noyabr 2026
132
20:17 / 10 Noyabr 2026
114
20:10 / 10 Noyabr 2026
1396
19:59 / 10 Noyabr 2026
120
19:58 / 10 Noyabr 2026
113
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.