Qaynar xətt:

(+99450) 247 90 86

Bakıda 45 şam ağacı yanaraq məhv olub - Açıqlama

Bakıda 45 şam ağacı yanaraq məhv olub - Açıqlama

CƏMİYYƏT

550

11.08.2021, 19:14

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Xətai rayonu, Vunqtau küçəsində bu gün baş verən yanğın zamanı 45 şam ağacının yanaraq məhv olduğu məlum olub.

OXU24.COM xəbər verir ki, bunu Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəsmisi Vaqif Cavadov bildirib. 

"Hazırda yaşıllığa dəymiş ziyanın müəyyənləşdirilməsi istiqamətində tərəfimizdən araşdırmalar aparılır”. 

Xidmət rəsmisi qeyd edib ki, araşdırmaların nəticələri ilə bağlı toplanmış materiallar Fövqəladə Hallar Nazirliyinin Əməliyyat İstintaq İdarəsinə göndəriləcək.