Azərbaycanda maaşlar artdı
11 Noyabr 2026, 12:19
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
758
10.08.2021, 23:39
Sosial şəbəkələrdə “ASAN xidmət” mərkəzlərinin qarşısında uzun növbələrin yaranması ilə bağlı görüntülər yayılıb.
Yasamal rayonunda yerləşən 3 saylı “ASAN xidmət”in qarşısında çəkilmiş görüntülərdən də aydın olur ki, pandemiya şəraiti olmasına baxmayaraq, əhali arasında sosial məsafə gözlənilmir, pandemiya qaydaları pozulur.
Məsələ ilə bağlı qurumdan “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirilib ki, “ASAN xidmət” mərkəzlərinin gündəlik iş rejimi, xidmətlərin göstərilmə müddəti və xidmətlər üzrə müraciətlərin sayı nəzərə alınmaqla “ASAN xidmət” və “ASAN Kommunal” mərkəzləri daxilində vətəndaş axınının və sıxlığının idarə olunması Nazirlər Kabinetinin koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində geniş yayılmasının qarşısının alınmasına dair tədbirlər haqqında müvafiq qərarlarına uyğun olaraq tənzimlənir:
“Koronavirusa yoluxma dinamikasının azaldılması istiqamətindəki tədbirlər çərçivəsində hazırda “ASAN xidmət” və “ASAN Kommunal” mərkəzlərində xidmətlər həftənin bazar ertəsi - cümə günləri həyata keçirilir, şənbə və bazar günləri qeyri-iş günüdür. Buna baxmayaraq, vətəndaşlar həftə sonu mərkəzlərə müraciət edərək yalnız hazır sənədlərin götürülməsi xidmətindən yararlana bilərlər. Araşdırmalar nəticəsində müəyyən edilib ki, hazır sənədlərinin həftə sonu hazır olacağı barədə əvvəlcədən məlumat verilən vətəndaşların 70-80%-i həmin günlər deyil, növbəti həftənin əvvəli mərkəzə müraciət edirlər. Bu isə öz növbəsində vətəndaş axının idarə olunmasında çətinliklər yaradır”.
Xidmətdən həmçinin bildirilib ki, statistik göstəricilərə əsasən, demək olar ki, onlayn növbə götürmüş vətəndaşların 30%-i xidmətə müraciət etmirlər:
“Vətəndaşlarımızdan xahiş olunur ki, “ASAN növbə” mobil tətbiqində növbə götürüb, lakin hər hansı səbəbdən mərkəzə gələ bilmədikdə növbədən imtina etsinlər. Vətəndaşlarımıza tövsiyə olunur ki, əlavə vaxt itkisinin və məsrəflərinin qarşısını almaq, heç bir növbə gözləmədən xidmətlərdən yararlanmaq məqsədi ilə “ASAN xidmət” və “ASAN Kommunal” mərkəzlərinə müraciət etməmişdən öncə onlayn növbə götürsünlər. Bir daha bildiririk ki, mərkəzlərə müraciət edən zaman vətəndaşlarımızdan COVID-19 pasportu tələb olunmur və bununla əlaqədar heç bir ajiotaja ehtiyac yoxdur”.
12:19 / 11 Noyabr 2026
2
12:15 / 11 Noyabr 2026
24
12:09 / 11 Noyabr 2026
37
11:57 / 11 Noyabr 2026
281
11:50 / 11 Noyabr 2026
73
11:49 / 11 Noyabr 2026
87
11:43 / 11 Noyabr 2026
321
11:34 / 11 Noyabr 2026
67
11:32 / 11 Noyabr 2026
129
11:28 / 11 Noyabr 2026
127
11:16 / 11 Noyabr 2026
295
11:13 / 11 Noyabr 2026
80
11:11 / 11 Noyabr 2026
114
11:06 / 11 Noyabr 2026
94
10:56 / 11 Noyabr 2026
389
10:51 / 11 Noyabr 2026
107
10:45 / 11 Noyabr 2026
111
10:33 / 11 Noyabr 2026
101
10:19 / 11 Noyabr 2026
101
10:13 / 11 Noyabr 2026
100
10:10 / 11 Noyabr 2026
101
10:10 / 11 Noyabr 2026
287
10:09 / 11 Noyabr 2026
167
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.