Nazirlik müsabiqə elan etdi: 50 mindən çox qrant veriləcək
12 Noyabr 2026, 00:55
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
2037
17.06.2021, 15:10
Son günlərdə ölkəmizdə koronavirusla bağlı tendensiya müsbətə doğru dəyişməkdədir. Ötən günün statistikası olduqca ürəkaçan və ümidvericidir - 27 nəfər yoluxan, 162 nəfər isə sağalan olub. Göründüyü kimi, sağalanların sayı yoluxanların sayını dəfələrlə ötür ki, bu da karantin rejimində yeni yumşaldılmaların olacağına ümid verir.
Oxu24.com xəbər verir ki, bunu Trend-ə Milli Məclisin deputatı Afət Həsənova deyib. Deputat bildirib ki, virusun qarşısının alınması ilə bağlı dövlətimiz tərəfindən görülən tədbirlər öz müsbət nəticələrini verir:
“Məlumdur ki, artıq bir sıra sahələrdə yumşaldılmalar həyata keçirilib, pandemiya şərtləri daxilində metronun, idman zallarının, “mall”ların fəaliyyətinə, insanların məscidlərdə namaz qılmasına icazə verilib. Bu yumşaldılmalardan sonra da virusla bağlı müsbət tendensiyanın davam etməsi yeni açılmaların olacağına zəmin yaradır.
Məlumdur ki, hazırda insanların ən çox gözlədiyi xəbər toyların keçirilməsinə icazə verilməsi ilə bağlıdır. Hesab edirəm ki, hazırkı müsbət tendensiya davam edərsə, yaxın zamanlarda toyların da keçirilməsinə icazə verilə bilər. Əlbəttə ki, bu icazə də pandemiya şərtləri daxilində veriləcək”.
A.Həsənova vurğulayıb ki, son zamanlar vaksinasiya prosesində də aktivləşmə var: “Vaksinasiya tətbiq edildiyi ilk zamanlarda müxtəlf şayiələr insanları vaksinasiya prosesindən çəkindirirdi, lakin sonradan bu şayiələrin əsassız olduğu məlum oldu. Eyni zamanda ölkəmizə müxtəlif növdə vaksinlər gətirildi və insanların vaksin seçimi etməsinə imkan yaradıldı ki, bu da öz növbəsində vaksinasiya prosesinə müsbət təsir göstərdi.
Bu, dövlətimizin vətəndaşların sağlamlığına nə qədər önəm verdiyini göstərir. Düşünürəm ki, insanlar vaksinasiya prosesində daha aktiv iştirak etsə və qaydalara ciddi əməl etsə, qısa zaman ərzində əvvəlki həyatımıza dönə bilərik”.
00:43 / 12 Noyabr 2026
1
00:35 / 12 Noyabr 2026
29
00:33 / 12 Noyabr 2026
31
00:27 / 12 Noyabr 2026
49
00:24 / 12 Noyabr 2026
56
00:19 / 12 Noyabr 2026
75
00:17 / 12 Noyabr 2026
81
00:11 / 12 Noyabr 2026
89
23:54 / 11 Noyabr 2026
78
23:52 / 11 Noyabr 2026
86
23:50 / 11 Noyabr 2026
111
23:45 / 11 Noyabr 2026
673
23:28 / 11 Noyabr 2026
81
23:24 / 11 Noyabr 2026
90
23:18 / 11 Noyabr 2026
101
23:09 / 11 Noyabr 2026
104
23:03 / 11 Noyabr 2026
94
23:01 / 11 Noyabr 2026
116
22:55 / 11 Noyabr 2026
90
22:38 / 11 Noyabr 2026
161
22:31 / 11 Noyabr 2026
109
22:26 / 11 Noyabr 2026
6054
22:22 / 11 Noyabr 2026
114
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.