Nazirlik müsabiqə elan etdi: 50 mindən çox qrant veriləcək
12 Noyabr 2026, 00:55
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
3344
15.06.2021, 00:40
Rəsmi Ankara ilə Vaşinqton arasında həll edilməyən problem yoxdur və dialoqdan fəal istifadə etmək lazımdır.
OXU24.COM xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan amerikalı həmkarı Co Baydenlə görüşdən sonra keçirdiyi mətbuat konfransında deyib.
"Biz konstruktiv və ətraflı danışıqlar apardıq. Dialoq üçün kanallardan fəal istifadə edilməsini razılaşdırdıq. Düşünürəm ki, ABŞ-la həll edilməyən problemimiz yoxdur", - Türkiyə lideri deyib.
Ərdoğan əlavə edib ki, Bayden tərəfindən də Türkiyə tərəfindən olduğu kimi ikitərəfli münasibətləri qarşılıqlı əsaslarda qətiyyətlə inkişaf etdirmək mövqeyini görüb.
Bundan başqa, Ərdoğan amerikalı həmkarını Türkiyəyə səfərə dəvət edib. "O, (Bayden-red) dedi ki, dəvəti öz proqramı çərçivəsində qiymətləndirəcək", - Türkiyə rəhbəri əlavə edib.
Türkiyə prezidenti bildirib ki, NATO-nun əhəmiyyəti və məsuliyyəti artıb, alyans üzvləri onu gücləndirməlidir.
"NATO-nun əhəmiyyəti və məsuliyyəti qlobal təhlükəsizlik çağırışları fonunda artıb. Bu gün (NATO-nun Brüsseldəki sammitində-red) alyansın strategiyasının müasir şəraitə uyğun olaraq yenilənməsi prosesinə başlayan qərarlar qəbul etdik", - dövlət başçısı deyib.
"Dağlıq Qarabağda ədalət 30 illik yubanma ilə belə, yarandı və bölgədə ümidlər yenidən cücərdi. Yeni dönəmin qapıları açıldı. İttifaqdakı müttəfiqlərimizin ölkəmizin hüdudlarından kənarda təhlükəsizliyinə töhfə verən əməliyyatlara güclü dəstəyi seçimdən daha çox öhdəlikdir”, - Türkiyə rəhbəri vurğulayıb.
00:43 / 12 Noyabr 2026
1
00:35 / 12 Noyabr 2026
29
00:33 / 12 Noyabr 2026
31
00:27 / 12 Noyabr 2026
49
00:24 / 12 Noyabr 2026
56
00:19 / 12 Noyabr 2026
75
00:17 / 12 Noyabr 2026
81
00:11 / 12 Noyabr 2026
89
23:54 / 11 Noyabr 2026
78
23:52 / 11 Noyabr 2026
86
23:50 / 11 Noyabr 2026
111
23:45 / 11 Noyabr 2026
673
23:28 / 11 Noyabr 2026
81
23:24 / 11 Noyabr 2026
90
23:18 / 11 Noyabr 2026
101
23:09 / 11 Noyabr 2026
104
23:03 / 11 Noyabr 2026
94
23:01 / 11 Noyabr 2026
116
22:55 / 11 Noyabr 2026
90
22:38 / 11 Noyabr 2026
161
22:31 / 11 Noyabr 2026
109
22:26 / 11 Noyabr 2026
6054
22:22 / 11 Noyabr 2026
114
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.