Nazirlik müsabiqə elan etdi: 50 mindən çox qrant veriləcək
12 Noyabr 2026, 00:55
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
2052
14.06.2021, 21:42
Oxu24.com Məada və Qiyamətə inam bəsləməmək ölümdən qorxmağın ən mühüm amildir. Quran ayələri və hədislərin buyurduğuna görə ölümdən qorxmağın başqa bir amili isə axirət üçün azuqə toplamamaqdır. (Tebyan)
İmam Sadiq (ə) İmam Baqirdən (ə) nəql edir ki, buyurub: "Bir nəfər Peyğəmbərin (s) yanına gəlir və deyir: "Mən ölümdən niyə qorxuram?". Həzrət (s) buyurur: "Malın, sərvətin var?". Deyir: "Bəli". Buyurur: "Onu qabaqcadan göndərmisən?". Deyir: "Xeyr". Buyurur: "Bu səbəbə görə ölümü sevmirsən"".
İmam Əli (ə) bu haqda buyurur: "Ah, (axirət) azuqəsinin azlığından və yolun uzun olmasından, səfərin uzaq olmasından, məqsədin və giriş yerinin böyük olmasından".
Bir nəfər İmam Həsənin (ə) yanına gəlir və deyir: "Ey Rəsulallahın oğlu! Bizim başımıza nə gəlib ki, ölümü nalayiq bilirəm və onu sevmirəm?". Həzrət (ə) buyurur: "Çünki siz axirətinizi viran və dünyanızı abad etmisiniz. Ona görə də abadlıqdan viranlığa getməyi nalayiq bilirsiniz".
Bu deyilənlərdən belə nəticə çıxartmaq olar ki, insan ölümdən ona görə qorxur ki, axirət üçün heç bir şey göndərməmiş və heç bir səy göstərməmişdir. Bəlkə ona qarşı laqeyd və diqqətsiz olmuş, yalnız dünya üçün çalışmışdır.
Bəs bu qorxunu necə aradan qaldıraq?
Ölüm qorxusundan xilas olmağın ilk yolu ölümü düzgün tanımaq və onun haqqında məlumat toplamaqdır. Əgər belə bir elmimiz olsa, ölümü tanıyar və ondan qorxmarıq.
Bir nəfər İmam Cavada (ə) deyir: "Niyə bəziləri ölümü xoş qarşılamır?". Buyurur: "Çünki ölümü tanımırlar. Əgər onu tanısaydılar, Allah Təalanın övliyalarından olardılar. Şübhəsiz ki, ölümü sevərdilər. Bilərdilər ki, axirət onlar üçün dünyadan daha yaxşıdır". Həmin şəxs deyir: "Niyə uşaq və dəli onu sağalda bilən dərmanı içməkdən çəkinir?". İmam (ə) buyurur: "And olsun o Kəsə ki, Muhəmmədi (s) peyğəmbər seçmişdir, əgər insanlar bilsəydilər ki, ölən zaman hansı nemətlərə çatırlar, onu sevərdilər. Aqillərin bir çoxu xəstəlikləri dəf etmək və sağlamlığa çatmaq üçün dərman içməyi sevirlər".
Ölümdən qorxmamağın ən mühüm amili - məada iman bəsləmək və Allaha yaxınlaşmaqdır. Hər nə qədər iman və saleh əməl çox olarsa, ölüm qorxusu da az olar. İnsan iman və saleh əməllə elə bir yerə gedib çıxır ki, nəinki ölümdən qorxmur, bəlkə ölümü Məhbuba çatmaq vasitəsi hesab edir.
Dünya həyatı - axirətin müqəddiməsidir. İnsan bu dünyanı fürsət bilib, axirət üçün azuqə toplamalıdır. İmam Səccad (ə) belə bir dua edir: "Pərvərdigara! Mənim ömrüm Sənə itaət yolundadır, onu artır. Ancaq əgər ömrüm şeytanın otlağı olsa canımı al".
Həzrət Zəhra (s.ə) belə dua edir: "Pərvərdigara! Qüdrət və qeyb elminə and verirəm ki, o zamana qədər ki, həyatımı yaxşı hesab edirsən, məni sağ saxla. Nə zaman ölümü mənim üçün yaxşı bilirsən, məni öldür".
İmam Əli (ə) buyurur: "Əgər ömrünü Pərvərdigarın itaət yolunda keçirmiş olsan, sənin xoşbəxtlik mənbəyindir".
Beləliklə deyə bilərik ki, əgər insan məad, Qiyamət və ölüm haqqındakı biliyini artırsa ölümdən qorxmaz, əksinə Məhbubu ilə görüşmək üçün onu arzulayar.
00:43 / 12 Noyabr 2026
1
00:35 / 12 Noyabr 2026
29
00:33 / 12 Noyabr 2026
31
00:27 / 12 Noyabr 2026
49
00:24 / 12 Noyabr 2026
56
00:19 / 12 Noyabr 2026
75
00:17 / 12 Noyabr 2026
81
00:11 / 12 Noyabr 2026
89
23:54 / 11 Noyabr 2026
78
23:52 / 11 Noyabr 2026
86
23:50 / 11 Noyabr 2026
111
23:45 / 11 Noyabr 2026
673
23:28 / 11 Noyabr 2026
81
23:24 / 11 Noyabr 2026
90
23:18 / 11 Noyabr 2026
101
23:09 / 11 Noyabr 2026
104
23:03 / 11 Noyabr 2026
94
23:01 / 11 Noyabr 2026
116
22:55 / 11 Noyabr 2026
90
22:38 / 11 Noyabr 2026
161
22:31 / 11 Noyabr 2026
109
22:26 / 11 Noyabr 2026
6054
22:22 / 11 Noyabr 2026
114
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.