Nazirlik müsabiqə elan etdi: 50 mindən çox qrant veriləcək
12 Noyabr 2026, 00:55
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
2023
14.06.2021, 21:32
Sülhəddin Əkbər: "Əsas gözləntimiz ondan ibarətdir ki, Azərbaycan -Türkiyə münasibətləri strateji tərəfdaşlıqdan strateji müttəfqiliyə yüksəldiləcək"
"15 erməni əsirinin mina xəritələri ilə dəyişdirilməsi həm Qərbə, eyni zamanda Rusiyaya yönəlik bir mesajdır"
Sabah-iyunun 15-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfərə gələcək. Səfər proqramına görə, Türkiyə lideri Azərbaycan Prezidenti ilə işğaldan azad edilmiş Füzuli şəhərində görüşüb, birgə Şuşaya gedəcəklər.
Şuşada iki ölkə arasında yeni əməkdaşlığa dair əhatəli müqavilələrə imza atılacağı gözlənilir. Daha sonra liderlər Bakıda Avropa futbol çempionatı çərçivəsində keçirilən Türkiyə-Uels oyununu birgə izləyəcəklər.
Politoloq daha sonra bildirir ki, Türkiyə-Azərbaycan münasibətlərinin yeni bir səviyyəyə yüksəldiməsi baxımdan da bu səfər gözləntiləri doğruldur: " Nəzərə almaq vaxibdir ki, cənab Ərdoğan Şuşada Azərbaycanla Türkiyə arasında əhatəli bir anlaşmanın imzalanacağını açqılayıb. Azərbaycan cəmiyyətinin əsas gözləntisi ondan ibarətdir ki, Azərbaycan -Türkiyə münasibətləri strateji tərəfdaşlıqdan strateji müttəfqiliyə yüksəldiləcək. Hesab edirəm ki, bu səfər iki ölkə arasında münasibətlərin keyfiyyətcə yeni bir mərhələyə yüksəlməsində əhəmiyyətli rol oynayacaq".
S. Əkbərin sözlərinə görə, Türkiyə liderinin səfəri həm də regionda gedən proseslər konteksində olduqca əhəmiyyətlidir.
"Məlumdur ki, 44 günlük müharibədə sonra Cənubi Qafqazda yeni geopolitik durum yaranıb. Ərdoğanın Şuşaya gəlib Azərbaycanla əhəmiyyətli sazişləri imzalaması da yeni düzənə Türkiyənin möhürünü vurması kimi dəyərləndiriləcək. Beləliklə, Türkiyə liderinin gəlişi həm qlobal, həm də regional baxımdan vacib proseslərin cərəyan etdiyi, eyni zamanda ikitərəfli münasibətlərin yeni bri səviyyəyə yüksəldiyi indiki dövrdə əhəmiyyətli səfərdir", deyə politoloq vurğulayıb.
Sülhəddin Əkbər bildirir ki, siyasətdə heç bir təsadüf olmur, hər bir reallaşdırılan səfərlərdə mesajlar verilir və bunlar simvollarla yüklənir: "Ona görə də Ərdoğanın Şuşaya səfər etməsini, sənədlərin orada imzalanmasını Bakıda Qələbə paradını birgə qəbul etməyə bənzətmək olar. Beləliklə, Bakı və Ankara həm dünyaya, həm region dövlətlərinə, həm də Azərbaycan və erməni xalqlarına növbəti mesajlarını çatdırırlar. Dünyada, regionda yeni bir vəziyyət yaranıb və hamı onunla barışmalıdır. Əlbəttə, Azərbaycan xalqına da ciddi mesajlar var ki, Türkiyə bundan sonra da onun yanında olacaq. Yəni, həm dostlara, həm də düşmənə buradan ciddi mesajlar veriləcək".
Ekspert Azərbaycanın 15 erməni əsirini Ağdamda basdırılmış mina xəritələri ilə dəyişdirilməsini müsbət qiymətləndirir. "Əvvəla, mən həmişə deyirdim ki, Bayden hakimiyyətə gəldikdən sonra Azərbaycan həm ABŞ-a yönəlik siyasətinə, həm də Vaşinqtonun lideri olduğu Qərb strukturları ilə münasibətlərinə yenidən baxmalıdır. Çünki müharibə hələ başa çatmayıb və bu, strateji savaşdır. Müharibə diplomatik-siyasi müstəvidə hələ uzun çəkəcək. Bayden administrasiyasının Qərb institutlarını yenidən gücləndirdiyi bir vaxtda Bakının bu siyasəti aparması, ABŞ-la, Avropa Birliyi ilə münasibətlərinə yenidən baxması çox mühümdür", -deyə S. Əkbər vurğulayıb.
Poltoloq bildirir ki, Azərbaycanın Qərbin vasitəçiliyi ilə mina xəritələri ilə əsirlərin mübadiləsini aparması, ABŞ və Fransanın Rusiya tərəfindən oyundakənar vəziyyətə qoyulması prosesini tam da olmasa bir qədər kompensasiya edəcək: "Beləliklə, bu hadisəni həm Qərbə, eyni zamanda Rusiyaya yönəlik bir mesaj kimi qiymətləndirirəm. Yəni, Rusiya regionda vəziyyətdən istifadə edib yaratdığı inhisarçı mövqeyinin dayanıqlı olmasından çox da əmin olmasın. Onun mövqeyini tarazlaşdıra biləcək digər güclər də var və Azərbaycan qardaş Türkiyə ilə birgə bu gücləri prosesə cəlb edə bilər".
"Paşinyan bəyan etmişdi ki, o, əvvəllər də bəzi ərazilərin mina xəritələrini Rusiya tərəfinə verib. Amma məlum olduğu kimi Rusiyanın vasitəçiliyilə hansısa mübadilə baş verməyib. Paşinyanın bu bəyanatına Rusiyadan hansısa reaksiya gəlməyib. Bu faktdan çıxış etsək, Rusiyanın Azərbaycanın Qərbin vasitəçiliyi ilə həyata keçirdiyi prosesə hansısa reaksiyası olacaqmı?"
Bu suala cavabında Sülhəddin Əkbər bildirdi ki, ciddi bir reaksiyasının olacağını düşünmür: "Mariya Zaxarovanın açıqlamasından görünür ki, guya əsrilərin mina xəritələri ilə dəyişdirilməsindən seviniblər. Hesab edirəm ki, Paşinyana münasibətləri daha da tündələşəcək. Çünki onun bu açıqlaması Rusiyanı pis vəziyyətdə qoyur. Deməli, Rusiya Azərbaycana münasibətdə düşməncə davranmaqda davam edib. Bu, Moskvanın imperalist xislətini bir daha ortaya qoyur. Mən hər zaman demişəm ki, bu vəkalət müharibəsidir və onu başladan Rusiyadır. 1721-ci ildən Rusiya imperiya elan olunandan sonra ilk yürüşü Xəzərsahili vilayətlərə olub. 1828-ci ilə qədər bizim torpaqların işğal edən, burada süni ermən dövləti quran, bu gün Dağlıq Qarabağ probleminin əsasını qoyan da Rusiyadır. İndi də yaranmış vəziyyətdən istifadə edib zorla bölgəyə soxuldu. Bundan sonra da əlindəki bütün rıçaqlardan istifadə etməklə Azərbaycana təzyiq etməkdə davam edəcək. Rusiya bütün daşları indidən əlinə yığır, bilir ki, getdikcə onun burada qalması çətinləşəcək. Ona görə də çalışacaq ki, Azərbaycana qarşı əlində mümkün qədər çox "daş" olsun".
00:43 / 12 Noyabr 2026
1
00:35 / 12 Noyabr 2026
29
00:33 / 12 Noyabr 2026
31
00:27 / 12 Noyabr 2026
49
00:24 / 12 Noyabr 2026
56
00:19 / 12 Noyabr 2026
75
00:17 / 12 Noyabr 2026
81
00:11 / 12 Noyabr 2026
89
23:54 / 11 Noyabr 2026
78
23:52 / 11 Noyabr 2026
86
23:50 / 11 Noyabr 2026
111
23:45 / 11 Noyabr 2026
673
23:28 / 11 Noyabr 2026
81
23:24 / 11 Noyabr 2026
90
23:18 / 11 Noyabr 2026
101
23:09 / 11 Noyabr 2026
104
23:03 / 11 Noyabr 2026
94
23:01 / 11 Noyabr 2026
116
22:55 / 11 Noyabr 2026
90
22:38 / 11 Noyabr 2026
161
22:31 / 11 Noyabr 2026
109
22:26 / 11 Noyabr 2026
6054
22:22 / 11 Noyabr 2026
114
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.