Qaynar xətt:

(+99450) 247 90 86

Elektron avadanlıqların qiyməti sürətlə artır

Elektron avadanlıqların qiyməti sürətlə artır

CƏMİYYƏT

1369

14.06.2021, 12:59

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol


Elektron avadanlıqların satışında sürətli qiymət artımına səbəb pandemiya dövründə onlayn təhsil sisteminə keçid və insanların digital bacarıqlarının çoxalmasıdır.

Oxu24.com xəbər verir ki, bunu Axar.az-a iqtisadçı Rəşad Həsənov elektron avadınlıqların sürətli qiymət artımı barədə danışarkən deyib.

“Yaşlı nəslin onlayn ödənişlərdən və alış-verişdən istifadəsi elektron avadanlıqlara olan tələbatı getdikcə daha da artırdı. Məhsulların maya dəyərinin artması, daxili gömrük və vergi siyasəti mövcud bazarda sürətli qiymət artımına gətirib çıxarır. Qeyri-rəsmi idxal prosesinə qarşı mübarizə tədbirlərinin gücləndirilməsi və 2020-ci ilin sentyabrından məhsullara 300 dollar dəyərində limitin müəyyən edilməsi də əsas amillərdəndir”, - ekspert bildirib.