Veysəl Əyyubov vəzifəsindən azad edildi
11 İyul 2025, 17:33
Qaynar xətt:
(+99450) 247 90 86CƏMİYYƏT
4285
11.06.2021, 00:51
Qoç - peşəkar fəaliyyət müstəvisində yaranan problemləri həll etmək üçün əlverişli zamandır. Maliyyə məsələlərinin çözümünü ertələməyin. İşgüzar intuisiyanız iti olsun. Minimum informasiyaya malik olsanız da, çox ciddi səhvlərə yol verməyin. İşgüzar danışıqlar pis keçməyəcək.
Günün ikinci yarısında yeni tərəfdaşlarla uzunmüddətli əməkdaşlıqla bağlı razılaşmaya gələ bilərsiniz.
Səfər və ya səyahət üçün münasib zamandır. Dəyər verdiyiniz insandan xoş xəbərlər alacaqsınız.
Qəfil romantik etiraf istisna deyil. Tərəfdaş və ya şərikiniz axşam saatlarında qonaq gələ bilər.
Buğa - yaranan problemləri həll etmək üçün qətiyyətli və iradəli olun. Soyuqqanlı davranaraq gərəkli nəticələrə nail olun. Sizin üçün xüsusi əhəmiyyət kəsb edən işdə irəliləyin. Boş məsləhətlərə qulaq asmayın, diqqətsiz olmayın.
Günün ikinci yarısında müttəfiq və dostların yardımı ilə yeni ideyaları reallaşdıra bilərsiniz.
Yaşamınızda baş verənlər barədə məlumat vermək istəmədiyiniz insanlar həyatınıza müdaxilə etməyə çalışacaqlar. Belə adamlarla nəzakətli, amma yetərincə sərt davranın. Münaqişə yaranmasına imkan verməyin.
Əkizlər - bu gün birmənalı olmayan, çətin situasiyaların sayı az olmayacaq. Optimal davranış və hərəkət modelini seçin. Emosiyaların əsiri olmayın. Yalnız sağlam məntiq və faydanı düşünərək davranın.
Etibar etdiyiniz insanlar sizi aldada bilərlər. Aldığınız istənilən məlumatı və ya informasiyanı yoxlamağa tənbəllik etməyin.
Günün ikinci yarısında maliyyə fonu gərgin olacaq. Qəfil itkilər istisna deyil. Anlaşma və sövdələşmələri uğurlu adlandırmaq çətindir. Şəxsi münasibətlərdə müsbət dəyişikliklər istisna deyil. Amma yeniliklərin təşəbbüskarı siz olmayacaqsınız.
Xərçəng - maliyyə məsələlərində ehtiyatlı olun. Tərəfdaşlara çox güvənməyin. Yaranan problemləri təkbaşına, müstəqil şəkildə həll edin. Tələsməyin, yüz ölçüb bir biçin. Yaranan situasiyanı sakit şəraitdə təhlil edin, bütün detalları və xırdalıqları nəzərə alın.
Günün ikinci yarısı ünsiyyət üçün əlverişli deyil. Sizi yaxşı tanımayan insanlar həddən artıq eqoist olduğunuzu düşünəcəklər. Soyuqqanlı davranışınız yaxın ətrafınızdakı insanlarda suallar yarada bilər. Yaradıcılıq fəaliyyəti, bacarıq və imkanların inkişaf etdirilməsi üçün münasib zamandır.
Şir - maliyyə məsələlərində ehtiyatlı olun. Bədxərclik etməyin. Prinsip etibarilə pis gün deyil. Vaxtınızdan və imkanlarınızdan ağılla istifadə edin. Peşəkar fəaliyyət sahəsində qarşınıza qoyduğunuz məqsədlərə çatmağa çalışın. İşdə həmkarlar və rəhbərliklə münasibətləri normallaşdırın.
Günün ikinci yarısında çoxdankı problemlərdən birini həll etmək olar.
Yaşam potensialının səviyyəsi bir qədər aşağıdır. Səhhətinizin qayğısına qalın. Düzgün qidalanın.
Qız - uğurlu gündür. Məhsuldar şəkildə çalışın. Yaranan problemləri təxirəsalınmaz şəkildə çözün. Rəqib və bədxahları geridə qoymaq üçün maksimal effektiv şəkildə işləyin. Liderlik məziyyətlərinizi nümayiş etdirin.
Günün ikinci yarısı sənədlərlə bağlı işlər, habelə dövlət qurumlarının nümayəndələri ilə təmaslar və danışıqlar üçün əlverişlidir.
Həmçinin oxuyun
Sövdələşmə və anlaşmalar pis alınmayacaq. Pulu biznesə yatırmaq, daşınmaz əmlak və ya nəqliyyat vasitəsinin alınması ilə bağlı danışıqlar aparmaq olar. Yeni tanışlarda özünüzlə bağlı rəğbət hissi yaratmağa can atın. Əks cins mənsubu sizə diqqət yetirəcək.
Tərəzi - işlərdə aktiv, təşəbbüskar olun. İdeyalarınız pis deyil, onları dəstəkləyəcəklər. Sərfəli ideyalardan birini ən qısa zamanda həyata keçirməyə başlayın. İşdə rəhbərliyin diqqətini qazanmaq, faydalı əlaqələrə nail olmaq, irəliləmək olar.
Günün ikinci yarısı fiziki iş, mürəkkəb qurğular və avadanlıqdan istifadə üçün əlverişlidir. Axşam saatlarında maraqlı tanışlıqlar olacaq. Hisslərinizi gizlətməyin, amma emosiyaların təsiri altında da qərarlar verməyin.
Əqrəb - həddən artıq çətin və ağır proses sayəsində əldə olunması mümkün hədəflərin, mürəkkəb niyyətlərin zamanı deyil. Genişmiqyaslı işi ertələyin, cari və rutin məsələlərlə məşğul olun. Bu gün yaşanacaq hadisələr yaxın perspektivdəki situasiyaya təsir etməyəcək.
Günün ikinci yarısında məhsuldar çalışmaq istəyirsinizsə, boş söhbətlərə və mənasız diskussiyalara qatılmayın. Alış-verişdə çox pul xərcləməyin. Yalnız özünüzün yox, bütün ailə üzvlərinin istifadə edə biləcəyi nəsnələr alın.
Oxatan - çətin situasiyaya düşməməyin ən rahat və optimal yolu ehtiyatlı, sayıq davranmaqdır. Sərvaxt olun. Yalnız özünüzə, ən yaxın insanlarınıza güvənin. Gərgin və mürəkkəb gündür. Ciddi uğursuzluqlar olmayacaq.
Günün ikinci yarısı məsuliyyətsiz bəyanatlar verməyin, hərdəmxəyal davranmayın.
Ünvanınıza səslənən tənqidlərə normal yanaşın, sakit və soyuqqanlı olun. Sözləriniz və ya əməllərinizin hansısa kiminsə xoşuna gəlməsə, sinirlənməyin.
Axşam saatlarında fəaliyyət tempini aşağı salın. Yorğunluq səhhətinizdə problemlər yarada bilər.
Oğlaq - təşəbbüskar, aktiv olun. Peşəkar fəaliyyət baxımından əlverişli gündür. Ən çətin işlərin öhdəsindən gəlmək üçün yaşam enerjisi yetərli səviyyədədir. Yalnız bacardığınız, öhdəsindən gələ biləcəyiniz işlərə başlayın. İşgüzar baxımdan faydalı tanışlıqlara nail ola bilərsiniz.
Günün ikinci yarısında şəxsi münasibətlərdə müsbət təmayüllərin təsiri artacaq. Yaxınlarınızla təmaslarda səmimi olun. Zərurət yaranarsa, ünsiyyət çevrənizi genişləndirə bilərsiniz. Alış-veriş üçün münasib zamandır.
Dolça - məqsədləri konkretləşdirin, hədəfləri dəqiqləşdirin. Gün yaxşı perspektivlər vəd edir. Bir işi başlayıb yarımçıq qoymayın, yeni işə başlamayın. Gördüyünüz işləri mütləq şəkildə bitirin. Böyük miqyaslı anlaşma və sövdələşməyə nail olmaq mümkündür. Uzunmüddətli əməkdaşlıq, alış-veriş üçün münasib zamandır.
Günün ikinci yarısında səhhətinizdə yüngül problemlər yarana bilər. Özünüzə fikir verin. Axşam saatlarında dəvət aldığınız tədbirə qatılın.
Xoş ünsiyyət və yaxşı tanışlıqlar istisna deyil.
Balıqlar - işgüzar aktivlik səviyyəsi bir qədər aşağı düşəcəksə də, ümumən pis gün deyil. Mühüm işləri təxirə salmayın, ertələməyin, başqalarına həvalə etməyin. Problemlərin özbaşına çözüləcəyini düşünməyin.
Günün ikinci yarısında aktiv, əzmkar, çalışqan olsanız, böyük uğurlara nail ola bilərsiniz.
Bilik və məlumatların artırılması, dünyagörüşünün genişləndirilməsi üçün yaxşı gündür. Köhnə dostlar özlərini xatırladacaqlar. Axşam saatlarında darıxmayacaqsınız.
18:46 / 11 İyul 2025
Azərbaycan sərhədindən MÜHÜM xəbər yayıldı: Kremlin planı üzə ÇIXDI
1
18:40 / 11 İyul 2025
İran ABŞ bazasına zərbə endirib: CENTCOM rabitə mərkəzi zədələnib
6
18:21 / 11 İyul 2025
Tehran Berlinə qarşı iddialar irəli sürür
11
18:15 / 11 İyul 2025
Könülün ölümü ilə bağlı cinayət işi açıldı
32
17:56 / 11 İyul 2025
İlham Əliyev Putinin nazirini qəbul etməyib - TƏFƏRRÜAT
415
17:33 / 11 İyul 2025
Veysəl Əyyubov vəzifəsindən azad edildi
301
17:19 / 11 İyul 2025
Zəngəzur dəhlizi açılır? - Bakı ilə İrəvan arasında MÜHÜM MÜZAKİRƏ
125
16:56 / 11 İyul 2025
“Atam öz əcəli ilə ölməyib, intihar edib” - Məktub üzə çıxdı
114
16:31 / 11 İyul 2025
Qadın iynədən şoka düşüb öldü
43
16:30 / 11 İyul 2025
Baş prokuror vətəndaş qəbulu keçirib
298
16:07 / 11 İyul 2025
Azərbaycana "cəhənnəm istisi" gəlir
115
14:47 / 11 İyul 2025
Maaşlarla bağlı açıqlama
137
14:19 / 11 İyul 2025
Rusiya irəliləyir və Ukraynanın məskunlaşdığı əraziləri ələ keçirir
110
14:04 / 11 İyul 2025
Arvadbaz sənətkarı kim öldürübmüş? — 11 ildən sonra açılan cinayətin tükürpədici DETALLARI (VİDEO)
1411
13:54 / 11 İyul 2025
Bankda əmanəti olanlara ŞAD XƏBƏR: Avqustun 1-dən QƏRAR qüvvəyə minir
561
13:46 / 11 İyul 2025
Pekin Kiyevdə çinlilərin saxlanmasına reaksiya verib
78
13:42 / 11 İyul 2025
İranın Moskvadakı səfiri İsraillə münaqişədən danışıb
83
13:37 / 11 İyul 2025
Prezident ötən ilin dövlət büdcəsinin icrasını təsdiqləyib
79
13:24 / 11 İyul 2025
İlham Əliyev Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf nazirini qəbul edib
75
13:22 / 11 İyul 2025
İsti ilə bağlı əhaliyə XƏBƏRDARLIQ
645
13:11 / 11 İyul 2025
Prezident pul ayırdı - SƏRƏNCAM
360
12:37 / 11 İyul 2025
PKK İraqın şimalında silahları təhvil verməyə başlayıb
91
12:07 / 11 İyul 2025
Prezident Qanunu təsdiq etdi
642
11:30 / 11 İyul 2025
Moskvadan xəbərdarlıq - Zəngəzur dəhlizinin açılması...
3192
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.