Pensiyalarla bağlı RƏSMİ AÇIQLAMA
12 Noyabr 2026, 11:19
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
11573
09.05.2021, 20:59
Barselona Avtonom Universitetindən tədqiqatçılar müəyyən ediblər ki, beyində badamabənzər cismin neyron zəncirlərindən birini bloklayan eyni maddə erkək və dişiyə fərqli təsir göstərir. Eksperimentdə istifadə edilən maddə osanetantdır. Araşdırmanın nəticələri "Nature Communications" jurnalında dərc edilib.
Oxu24.com AZƏRTAC-a istinadən bildirir ki, eksperiment zamanı həmin preparatdan xoşagəlməz, qorxulu xatirələri yaddaşdan silmək üçün istifadə olunub.
Tədqiqatçılar siçanlarda amiqdalın neyronlarını və ya badamabənzər cismin aktivliyini dayandırmağa çalışıblar. Amiqdal isə beyində əsas emosiya mərkəzlərindən biridir. Hesab edilir ki, emosional neyron zəncirlərinin fəallığı dayandırılarsa, yaxud heç olmasa tənzimlənərsə, posttravmatik və fobiya tutmaları baş verməyə bilər.
Məlum olub ki, osanetant bunun öhdəsindən gələ bilər, lakin qorxulu xatirələrlə bağlı yalnız erkəklərə kömək edir, dişilərdə isə preparatın təsirindən qorxulu xatirələr daha da dərinləşib. Bu cür fərqli təsirin səbəbi onda idi ki, osanetant, aktivliyini dayandırdığı neyronlarda həm də cinsi hormonların reseptorları ilə əlaqədə olub: erkəyin neyronlarında testosteron reseptorlarına, dişinin neyronlarında estrogen reseptorlarına çöküb.
Tədqiqatçıların fikrincə, emosiyalarla bağlı yaddaş hormonlardan bu qədər asılıdırsa, onda psixoterapevtik preparatları iki variantda - kişi və qadın üçün işləyib-hazırlamaq lazımdır.
11:21 / 12 Noyabr 2026
1
11:19 / 12 Noyabr 2026
13
11:05 / 12 Noyabr 2026
32
11:00 / 12 Noyabr 2026
58
10:45 / 12 Noyabr 2026
89
10:39 / 12 Noyabr 2026
91
10:36 / 12 Noyabr 2026
80
10:27 / 12 Noyabr 2026
219
10:20 / 12 Noyabr 2026
82
10:18 / 12 Noyabr 2026
79
10:05 / 12 Noyabr 2026
200
09:51 / 12 Noyabr 2026
90
09:48 / 12 Noyabr 2026
91
09:42 / 12 Noyabr 2026
243
09:36 / 12 Noyabr 2026
101
09:22 / 12 Noyabr 2026
710
08:13 / 12 Noyabr 2026
221
08:05 / 12 Noyabr 2026
80
07:20 / 12 Noyabr 2026
139
03:10 / 12 Noyabr 2026
163
01:25 / 12 Noyabr 2026
297
00:55 / 12 Noyabr 2026
266
00:43 / 12 Noyabr 2026
169
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.