Qaynar xətt:

(+99450) 247 90 86

SON DƏQİQƏ! Əhaliyə  xəbərdarlıq edildi

SON DƏQİQƏ! Əhaliyə  xəbərdarlıq edildi

CƏMİYYƏT

3566

06.05.2021, 08:11

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Bakı şəhər Dövlət Yol Polisi (DYP) İdarəsi küləkli hava şəraiti ilə əlaqədar sürücülərə müraciət edib.

İdarədən Oxu24.com-a  verilən məlumata görə, paytaxt ərazisində küləyin sürətinin normadan artıq olması sürücülər və hərəkətin digər iştirakçıları üçün təhlükəli vəziyyət yaradır.

"Küləkli hava şəraiti ilə əlaqədar sürücüləri və piyadaları son dərəcə ehtiyyatlı olmağa, təhlükəsizlik qaydalarına daha çox əməl etməyə, avtomobillərini hündürmərtəbəli binaların, ağacların altında saxlamamalarını tövsiyə edirik.

Piyadalardan isə açıq hava şəraitində hərəkətlərini mümkün qədər məhdudlaşdırmağı xahiş edirik", - deyə qeyd olunub.

Oxu24.com