Zabratda müəssisədə mənşəyi məlum olmayan toyuq əti aşkarlanıb
12 Noyabr 2026, 12:05
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
2082
05.05.2021, 21:16
Vətən müharibəsində iştirakçısı leytenant Nəbizadə Rüfət Ağayar oğlu intihar edib.
Oxu24.com xəbər verir ki, bu barədə "Qafqazinfo"ya hərbçimizin atası Ağayar Nəbizadə məlumat verib.
Onun sözlərinə görə, hadisə ötən gün Bakının Novaxanı kəndi ərazisində qeydə alınıb. Leytenant Nəbizadənin intiharına psixoloji vəziyyəti səbəb olub:
"Oğlum müharibə vaxtı iki dəfə kantuziya almışdı. Amma bunu qeydiyyata saldırmamışdı. Çünki arxaya qayıtmağı özünə sığışdırmırdı. Müharibədən sonra isə psixoloji problemləri üzə çıxdı. Aydın məsələdir ki, müharibədə gördükləri, yanında dostlarının şəhid olması ona çox pis təsir etmişdi. Psixoloji problemlərinə görə, bir aydan çox Daxili Qoşunların Hospitalında yatdı, bir neçə psixoloq yanında apardıq. Amma həkimlər deyirdi ki, Rüfət bütün olanları bilinc altına yeridib, belə nevroloji problemi yoxdur. Dünən günortadan sonra əlaqə saxlaya bilmədik. Axşam xəbər gəldi ki, bəs belə bir hadisə baş verib".
Onu da əlavə edək ki, 1998-ci il təvəllüdlü zabitimiz Türkiyənin Kara Harp Okulunun məzunu, evin isə tək oğlu idi.

12:05 / 12 Noyabr 2026
28
11:55 / 12 Noyabr 2026
65
11:50 / 12 Noyabr 2026
69
11:36 / 12 Noyabr 2026
67
11:35 / 12 Noyabr 2026
78
11:34 / 12 Noyabr 2026
103
11:31 / 12 Noyabr 2026
76
11:24 / 12 Noyabr 2026
280
11:21 / 12 Noyabr 2026
73
11:19 / 12 Noyabr 2026
131
11:05 / 12 Noyabr 2026
84
11:00 / 12 Noyabr 2026
90
10:45 / 12 Noyabr 2026
105
10:39 / 12 Noyabr 2026
111
10:36 / 12 Noyabr 2026
96
10:27 / 12 Noyabr 2026
273
10:20 / 12 Noyabr 2026
101
10:18 / 12 Noyabr 2026
92
10:05 / 12 Noyabr 2026
240
09:51 / 12 Noyabr 2026
102
09:48 / 12 Noyabr 2026
103
09:42 / 12 Noyabr 2026
295
09:36 / 12 Noyabr 2026
114
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.