Azərbaycanda vergi ödəyicilərinin sayı 5 %-ə yaxın artıb
12 Noyabr 2026, 12:25
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
1359
04.05.2021, 19:27
"Bezdik, nə qədər olar? Psixologiyamız pozuldu artıq. Şəxsən mənim üçün həyat dayanıb. Maraqlı heç nə yoxdur. Nə qədər sənətçimiz dünyasını dəyişdi".
Oxu24.com xəbər verir ki, bu fikirləri lent.az-a Xalq artisti, aktrisa Naibə Allahverdiyeva bildirib.
Xalq artisti qeyd edir ki, səhnəsiz yaşaya bilmir:
"İnsanların da üzündə gülüş itib. Bu qədər çətin müharibədə qalib olduq, ümid etdik ki, hər şey yenidən başlayacaq. Allah pandemiyanı yayana lənət eləsin".
İki ildə pandemiya zamanı maddi təlabatını təmin etməkdə çətinlik çəkən aktrisa qeyd edib ki, teatrdan aylıq məvacibini alsa da, yaşamaq çətinidr:
"Hər şey o qədər bahadır ki, heç o maaş da heç nəyə yetmir. Bunun xəstəliyi var, dərmanı var. Bəzi sahibkarlar vəziyyətdən istifadə edib, qiymətləri qaldırırlar. Dəhşət bahalaşma gedir. Bu saat hər kəs üçün çətindir. Mənim o imkanım yoxdu ki, Rusiyaya gedib, nəsə açım, işlədim. O müğənnilərin əvvəldən biznes qurmağa imkanları olub. Allah xeyirlərini versin".
Naibə Allahverdiyeva əlavə heç nə bacarmadığını bildirir:
"Seriallara çəkilmirəm, gözləyirəm yaxşı serial olsun. Hazırda yayımlanan serialların heç biri məni tutmur. Eşitdiyimə görə, normal qonarar da vermirlər. Aktyorlar çox əziyyət çəkirlər. Biz sənət adamları üçün sənət çox önəmlidi. Bir alqışa da işləyən adamlarıq. Burada sənət olmalıdır. Heç olmasa tamaşaçıya nəsə çatdırmalısan. Mən indiki seriallara baxa bilmirəm.
İstərdim ki, teatrlarımız açılsın. Heç olmasa, sosial məsafə ilə yüz nəfəri qəbul edə bilsinlər. İnsanlara mənəvi rahatlıq lazımdır. Yəqin ki, pandemiya artıq çox uzun çəkmiyəcək, tamaşalar olmasa da, məşqlər olsun. İşə gedib-gələk. Evdə oturmaqdan başımı divara vururam. O qədər darıxıram ki...Dövlətimiz yəqin ki, daha yaxşısını edəcək".
12:25 / 12 Noyabr 2026
6
12:05 / 12 Noyabr 2026
56
11:55 / 12 Noyabr 2026
76
11:50 / 12 Noyabr 2026
77
11:36 / 12 Noyabr 2026
73
11:35 / 12 Noyabr 2026
84
11:34 / 12 Noyabr 2026
113
11:31 / 12 Noyabr 2026
83
11:24 / 12 Noyabr 2026
304
11:21 / 12 Noyabr 2026
81
11:19 / 12 Noyabr 2026
149
11:05 / 12 Noyabr 2026
85
11:00 / 12 Noyabr 2026
92
10:45 / 12 Noyabr 2026
108
10:39 / 12 Noyabr 2026
114
10:36 / 12 Noyabr 2026
98
10:27 / 12 Noyabr 2026
280
10:20 / 12 Noyabr 2026
103
10:18 / 12 Noyabr 2026
92
10:05 / 12 Noyabr 2026
243
09:51 / 12 Noyabr 2026
104
09:48 / 12 Noyabr 2026
103
09:42 / 12 Noyabr 2026
302
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.