Qaynar xətt:

(+99450) 247 90 86

Bu şəxslərə təkrar əlillik təyinatı VERİLMƏDİ

Bu şəxslərə təkrar əlillik təyinatı VERİLMƏDİ

CƏMİYYƏT

1260

03.05.2021, 19:51

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

"Əvvəlki dövrlərdə hərbi səbəblərlə əlaqədar təyin edilmiş müddətli əlilliklərinin uzadılması üçün  barələrində e-sistemə göndəriş daxil edilmiş, eləcə də, əlillik sənədlərindəki diaqnozlarda ziddiyyətlər aşkar edilən 18 şəxs əyani müayinə əsasında qiymətləndirməyə cəlb olunub”.

Oxu24.com xəbər verir ki, bu barədə Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi məlumat yayıb.

Bildirilib ki, Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi, Müdafiə Nazirliyinin və digər müvafiq qurumların hərbi həkim ekspert komissiyaları, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi nümayəndələrindən ibarət komissiya həmin şəxslərin əlillik sənədləri ilə bərabər, mövcud sağlamlıq vəziyyətlərinin də əlillik təyinatına uyğun olub-olmadığını araşdırıb:

"Əyani müayinəsi aparılmış 18 nəfərdən doqquz nəfərin xəstəlik diaqnozlarının və sağlamlıq vəziyyətlərinin əlillik təyinatına əsas vermədiyi müəyyən olunub.

Bu səbəbdən onlara təkrar əlillik təyin olunmasından imtina qərarı verilib”.