Qaynar xətt:

(+99450) 247 90 86

Mal-qaranın kəsimi zamanı zəruri qaydalar

Mal-qaranın kəsimi zamanı zəruri qaydalar

CƏMİYYƏT

2884

06.03.2021, 21:15

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Mal-qara baytarlıq-sanitariya, sanitariya-gigiyena tələblərinə uyğun kəsilməlidir.
Ətin keyfiyyəti heyvanın növündən, yaşından, cinsindən, köklük dərəcəsindən asılıdır.

Mal-qaranın kəsimi zamanı zəruri qaydalar:
- Kəsimə aparılan heyvan düzgün daşınmalı

- Baytar mütəxəssis tərəfindən müayinə olunmuş yalnız sağlam heyvanlar kəsilməli
- Kəsimxanada baytarlıq-sanitariya, sanitariya-gigiyena tələblərinə ciddi riayət olunmalı
- Kəsimdə istifadə ediləcək ləvazimatlar təmiz olmalı, qəssab sanitar geyim geyinməli
- Kəsilmiş heyvan emalı zamanı ardıcıllıq gözlənilməli
- Əldə olunmuş ətin və heyvanın daxili orqanlarının baytarlıq-sanitar ekspertizası aparılmalı
- Saxlanma müddətini artırmaq üçün cəmdək və içalat soyuducuda düzgün dondurulmalı
- Ət və heyvanın daxili orqanları satış müəssisələrinə gigiyenik daşınmalı