Hava kəskin dəyişir: Güclü yağış, dolu, qar xəbərdarlığı
13 Noyabr 2026, 15:42
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
2368
06.03.2021, 20:46
"Kuruluş Osman" "Diriliş Ərtuğrul" serialının davamıdır. Osman bəy Ərtuğrulun oğlu kimi davam edir. Onun qurduğu Osmanlı dövləti 600 il mövcud olub".
Oxu.24.com oxu.az-a istinadən bildirir ki, bunu Türkiyənin məşhur "Kuruluş Osman" serialında çəkilən azərbaycanlı kikboksçu Zabit Səmədov deyib.
O, verdiyi müsahibəsində serialda oynadığı Gəncə bəy obrazından danışıb:
"Məmnunam ki, belə bir real tarixi olan serialda yer alıram. Gəncə bəy obrazı prodüser Mehmet Bozdağ tərəfindən yaradılıb, bu adı o fikirləşib. Addan da göründüyü kimi, bu qəhrəman Qafqazdan, Qarabağdan gəlib.
Azərbaycanda Gəncə şəhəri var. Keçmişdə Gəncə xanlığı da olub. Mehmet Bozdağa bu ad üçün təşəkkür edirəm və mən bu obrazla Azərbaycan xalqını təmsil edirəm. Əlbəttə, hamımız türkük. Biz bir millət, iki dövlətik".
Səmədov "Bozdağ prodakşn"ın istehsalı olan filmin heyəti ilə dostluq etdiyini bildirib:
"Hamı ilə yaxşı anlaşıram. Mən baş qəhrəman Burak Özçivit və digərləri ilə setdən kənarda da dostluq edirəm. Bir gün Burak Çəlik və Çağrı ilə parkda gəzərkən, bir adam bizə dedi ki, siz gerçək həyatda da bir-birinizdən ayrıla bilmirsiniz (gülür).
Yumruq-təpik hər zaman mənimlədir, amma qılınc da olsa, pis olmazdı. Heç olmasa xəncər olsun (gülür)".
Zabit Səmədov idmançı karyerasını bitirdikdən sonra belçikalı aktyor Jan-Klod Van Damm kimi ancaq film səhnəsində olmaq istədiyini vurğulayıb:
"Mənim yubiley döyüşlərim yaxınlaşıb. 1-2 döyüşdən sonra karyeramı bitirəcəyəm. Artıq 37 yaşım olacaq. Karyeramı filmlərlə davam etdirmək istəyirəm. Ona görə də Jan-Klod Van Damm kimi bu işə girdim. Düzdür, o elə də güclü idmançı olmayıb, amma filmləri gözəl olub. Mən də onun kimi filmlərə çəkilmək istəyirəm".



15:42 / 13 Noyabr 2026
6
15:37 / 13 Noyabr 2026
24
15:30 / 13 Noyabr 2026
34
15:01 / 13 Noyabr 2026
56
14:59 / 13 Noyabr 2026
154
14:50 / 13 Noyabr 2026
79
14:46 / 13 Noyabr 2026
77
14:33 / 13 Noyabr 2026
84
14:24 / 13 Noyabr 2026
426
14:17 / 13 Noyabr 2026
378
14:12 / 13 Noyabr 2026
83
14:05 / 13 Noyabr 2026
151
14:00 / 13 Noyabr 2026
88
13:43 / 13 Noyabr 2026
179
13:41 / 13 Noyabr 2026
88
13:20 / 13 Noyabr 2026
88
13:05 / 13 Noyabr 2026
196
12:57 / 13 Noyabr 2026
138
12:45 / 13 Noyabr 2026
126
12:32 / 13 Noyabr 2026
169
12:20 / 13 Noyabr 2026
112
12:17 / 13 Noyabr 2026
109
12:08 / 13 Noyabr 2026
832
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.