Qaynar xətt:

(+99450) 247 90 86

Tənhalıq qorxusundan illərlə arvadının skeleti ilə yaşadı - FOTO

Tənhalıq qorxusundan illərlə arvadının skeleti ilə yaşadı - FOTO

CƏMİYYƏT

1800

06.03.2021, 18:55

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

İrlandiyanın Kouv şəhərinin sakini tənhalıq qorxusundan illərlə arvadının skeleti ilə yaşayıb.

Bu barədə "The Sun" xəbər yayıb.

Melli həyat yoldaşı Krsitina barədə soruşanlara onun xaricdə olduğunu deyib. Bununla birlikdə, qonşuların çoxu, ümumiyyətlə qadının varlığından xəbərsiz olub.

Təqaüdçünün cəsədi bir neçə gün əvvəl tapılıb. Melli onun ölümü barədə hökuməti məlumatlandırmayıb. Bu səbəbdən qadın vaksinasiya üçün gəlməyəndə tibb işçiləri narahat olub. Həkimlər cütlüyün qonşuları ilə görüşüblər, ancaq onlar Kristina Melli adlı birini tanımadıqlarını, göstərilən ünvanda isə ancaq Deniel Mellini gördüklərini bildiriblər.

78 yaşlı Daniel Melli təbii səbəblərdən ölən arvadının itkisinə dözmək və ölümündən sonra onunla ayrılmaq istəmədiyini deyib.

Hüquq-mühafizə orqanları qadının ölüm səbəbləri ilə bağlı istintaqa başlayıb.

Tənhalıq qorxusundan illərlə arvadının skeleti ilə yaşadı - FOTO